ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər Dünən, 18:12

Məktəblərdə mühafizə xidmətinin yaradılması təklif olunur

Məktəblərdə mühafizə xidmətinin yaradılması təklif olunur

Məktəblərdə təhlükəsizliyin təmin olunması üçün dövlət büdcəsi hesabına peşəkar mühafizə xidməti təşkil edilməli, müəllimlərin nüfuzu və valideynlərin məsuliyyəti artırılmalıdır.

Bunu təhsil eksperti İlqar Orucov Duz.az-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, təhlükəsiz məktəb mühitinin yaradılması yalnız giriş-çıxışa nəzarətlə məhdudlaşmır. Məktəb rəhbərliyinin qərarları, pedaqoji yanaşma və ailə ilə əməkdaşlıq da bu prosesdə mühüm rol oynayır.

“Məktəblərdə təhlükəsizliyin qorunması və bədbəxt hadisələrin qarşısının alınması üçün məktəb rəhbərliyi məsuliyyətli qərarlar verməli, peşəkar pedaqoji yanaşma və ailə-məktəb əməkdaşlığı təmin olunmalıdır. Peşəkar mühafizə sisteminin olmaması isə bir çox məktəbdə nizam-intizamın qorunmasını çətinləşdirir”, – o qeyd edib.

İ.Orucov hesab edir ki, problemlərin səbəblərindən biri tərbiyə işinin formal aparılması və müəllim nüfuzunun zəifləməsidir:

“Müəllimlər şagirdlərin qeyri-etik davranışlarına irad bildirməkdən belə çəkinirlər. Müəllim nüfuzunun qorunmaması məktəbdaxili nizam-intizama mənfi təsir göstərir”.

Ekspert problemin həlli üçün “Təhsil haqqında” qanunda müəllimlərin statusunun və hüquqlarının qorunmasını, eləcə də valideynlərin məsuliyyətini gücləndirən müddəaların nəzərdə tutulmasını təklif edib.

Onun fikrincə, məktəblərdə sərt cəza mexanizmlərinə üstünlük vermək əvəzinə, təhlükəsizlik və qarşılıqlı etimada əsaslanan sistem qurulmalıdır:

“Dövlət büdcəsi hesabına lisenziyalı mühafizə xidməti təşkil edilməli, müəllim, şagird və valideynlər arasında tərəfdaşlıq platforması yaradılmalıdır. Müəllim nüfuzu qorunarsa, ailə prosesə məsuliyyətlə qoşularsa və rəhbərlik nəzarəti təmin edərsə, məktəblərdə qorxuya deyil, hörmətə əsaslanan təhlükəsizlik mühiti yarana bilər”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
9 11 9 8 18 9

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.