ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər Dünən, 20:15

Məhkumların vaxtından əvvəl azad edilməsi ilə bağlı qərar qəbul olunub

Məhkumların vaxtından əvvəl azad edilməsi ilə bağlı qərar qəbul olunub

Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib.

Loading.az-a bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, iclasda "Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunub və səsverməyə qoyularaq qəbul edilib.

Daha sonra "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında" qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul olunub.

İclasda həmçinin 2025-ci ildə və 2026-cı ilin birinci yarımilliyində Sumqayıt İnzibati Məhkəməsində qanunvericiliyin tətbiqi üzrə məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.

Sonra "Vəkillərin İxtisas Komissiyasının hakim olan üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 16 yanvar tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi məsələsinə baxılıb.

İclasda həmçinin Ali Məhkəmənin Elmi-məsləhət şurasının tərkibinə dəyişiklik edilməsi məsələsi müzakirə olunub və müvafiq qərar qəbul edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
22 19 20 22 15 17

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.