Th30

Th30 Şeirlər Bu gün, 09:00

Danışar.

Danışar.

Dünyanın əzəldən budur adəti,
Vəfasız yar etibardan danışar.
Evində yeməyə çörək tapmayan,
Malikanə, dövlət,vardan danışar.

Çaqqalar meydana boylanr tindən,
Xoruz çıxa bilməz qorxudan hindən,
Əxlaqsız əxlaqdan,imansız dindən,
Abırsız həyadan, ardan danışar.

Vicdansız vicdandan xalqa dərs deyər,
Yolu əyri gedən düzə tərs deyər.
Nanəcib qəlbində ilan bəsliyər,
Bəhərsiz bəhərdən, bardan danışar.

Düzə don biçərlər əyridən əyri,
Nankor sırasında olmaz mərd yeri.
Nadan nə anlayar qəzəli, şeiri,
Yayda xumarlanıb qardan danışar.

Əlheydər, dünyanın budur gərdişi,
Yarasa istəməz görsün Günəşi,
Meydana girəndə bir bağban kişi,
Almadan, heyvadan nardan danışar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
2 1 3 7 4 1

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.