Th30

Th30 Şeirlər Bu gün, 11:00

Dünya

Dünya

İncimə dünyadan atam balası,
Kiminə gülüstan, cənnətdir dünya,
Kiminə cəhənnəm, kiminə məzar,
Kiminə var-dövlət, sərvədir dünya.

Kiminə gün keçir adi əyləncə,
Kiminə min əzab, min bir işgəncə.
Kimi ömür sürür gəldi hər necə,
Kiminin gözündə xoşbəxtdir dünya.

Kiminə dünyanın adı məhəbbət,
Kiminə ən adi işdir xəyanət.
Kiminə saf sevgi, ən ali hörmət,
Kiminə sadəcə nifrətdir dünya.

Kimi gün keçirir gündə yüzüylə,
Kimi deyib-gülür arsız üzüylə,
Kimi ad qazanır müdrik sözüylə,
Kiminə anlaşmaz dəhşətdir dünya.

Əlheydər, bir ömrü yaşadın sən də,
Keçirtdin ömrünü boranda çəndə,
Bələdçi nə gərək tanış bir kəndə,
Unutma sirr dolu hikmətdir dünya,
Nakam məhəbbətdir, qismətdir dünya.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
2 2 5 7 5 2

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.