Th30

Th30 Şeirlər Bu gün, 17:00

Mən qocalmaq istəmirəm,zaman məni qocaldır.

Mən qocalmaq istəmirəm,zaman məni  qocaldır.

Dodaq susur ,göz zillənir, xəyal gəzir dağı-daşı,
Xatirələr canlandıqca alovlanır bağrım başı.
Ömür ötür, il dolanır, yaşım qovur hər gün yaşı,
Bu həyatın əzabı da, zilləti də bal dadır.
Mən qocalmaq istəmirəm, zaman məni qocaldır.

Harda qaldı ötən günlər, şux illərim, çağlarım,
Zirvəsinə dığrmaşdığım əzəmətli dağlarım?
Çeşməsindən su içdiyim sevdalı bulaqlarım?
Günlər ötür, həyat məni uşaq kimi aldadır,
Mən qocalmaq istəmirəm, zaman məni qocaldır.

Gözlərimdən işıq qaçır, dizlərimdən taqətim,
Daha könül oxşamayır şirin-şəkər söhbətim.
Hanı mənim o şuxluğum, hanı mənim qüdrətim?
Dövran mənə gəlin kimi işvə satır, naz satır,
Mən qocalmaq istəmirəm, zaman məni qocaldır.

Daha gəlmir söz sinəmdən şeir, qoşma, qəzəllər,
Yan çevirib, üz döndərir, nazlı mələk gözəlllər.
Nolar məni aldatmayın, söyləməyin düzələr,
Mənim ömür xörəyimə həyat ədvalar qatır.
Mən qocalmaq istəmirəm,zaman məni qocaldır.

Geri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
0 0 2 0 0 0

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.