#duy vicdanını ...

Sən mənim edə bilmədiyim vidalarimsan. Gedə bilmədiyim yollarım aşa bilmədiyim engellerim. Sen menim en ince detallarım demeye çəkindiyi gözəl sözlərimsen. Sen menim sərxoş oluşlarım oxuduğum mahnılarım, yuxusuz gecelerimsen. Sen menim çəkdiyim siqaretlərimsen. Sen menim qış güneşimsen. Sen menim kədərim, şad günüm, əsəbim, nifrətim qısaca bütün hislerimsen. Bilirsən sen menim "bu dəfə sondu! Bezdim daha..." deyib iki saniye sonra gülüşünü xatırlayıb sakitləşdirən dermanimsan. Sen morfinsen ağrılarımı yox edirsen... Bilirsən qəribə olan nədir? Qəribə olan odur ki mən səndən heç gedə bilmədiyim halda indi sənin getmək istəməyindir. Qəribə olan mən sənin saçının tək teline ziyan gəlsə dünyanı yandırmağı gözə aldığım halda sənin məni viran etməyindir. Qəribə olan məni sevmemeyindir ,xanım qız. ... Xatırlayarsan yəqin ki mən sənə hər dəfəsində "sənsiz mən ölərəm" deyirdim... qəribə olan elə budur bax sənsiz öləcəyimi bilə-bilə getmək istəməyindir. Sevgimi yox saymağın... Uzun zamandır bu fikirdə olduğunu deyirsən... Elə qəribə olanlardan biri də budu, xanım qız. Mən sənin gülüşünə qıymayanda sən məndən necə xilas olmağı fikirləşirmişsen, mən sənə can diyende sən can çəkişirmişsen yanımda. Sevgi kor edir adamı, sevilmədiyini görmüyəcək qədər kor olur sevən adam. Həyat çox qəddardır xanım qız ama sen həyatdan daha qəddarsan..






