ice berg

ice berg Avto Dünya Bu gün, 19:00

Çin avtomobillərinin qışda üzləşdiyi əsas PROBLEM

Çin avtomobillərinin qışda üzləşdiyi əsas PROBLEM

Müasir Çin avtomobillərində elektron sistemlərin çoxluğu qış aylarında müəyyən problemlərə səbəb ola bilər.

 

Loading.az xəbər verir ki, bu barədə mütəxəssis Yan Haytseer açıqlamasında bildirib.

 

Ekspertin sözlərinə görə, Çin avtomobillərində bir çox idarəetmə funksiyası fiziki düymələr əvəzinə multimedia ekranına köçürülüb. Şiddətli şaxtalarda isə elektron sistemlərin işində nasazlıqlar yarana bilər.

Xüsusilə siqnalizasiya, səs sistemi, sürücüyə yardım funksiyaları, sükanın, güzgülərin və şüşələrin qızdırılması, kameralar və parklanma sensorlarında problemlərin müşahidə olma ehtimalı var.

 

Mütəxəssis soyuq iqlimə uyğunlaşdırılmayan Çin elektromobillərinə də diqqət çəkib. Onun sözlərinə görə, qışda batareyanın enerjisinin əhəmiyyətli hissəsi salonun qızdırılmasına sərf olunur. Nəticədə avtomobilin bir dəfə enerji doldurmaqla qət edə biləcəyi məsafə azalır.

 

Bununla belə, ekspert bütün Çin avtomobillərinin qış şəraitinə yararsız olduğunu düşünmür. O bildirib ki, Çinin müxtəlif iqlim qurşaqlarına malik olması istehsalçıları avtomobilləri fərqli hava şəraitinə uyğunlaşdırmağa sövq edir.

 

Ekspert avtomobil alarkən tanınmış, geniş istifadə olunan və taksi xidmətlərində özünü doğruldan markalara üstünlük verməyi tövsiyə edib.

Geri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
0 0 0 0 0 0

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.