ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər Dünən, 18:24

Azərbaycanda silah zavoduna yeni direktor təyin edildi

Azərbaycanda silah zavoduna yeni direktor təyin edildi

Azərbaycanda silah zavoduna yeni direktor təyinatı baş tutub.

Take.az  xəbər verir ki, Hikmət İsgəndərov “Azərsilah” Holdinq QSC-də zavod direktoru vəzifəsinə təyin olunub.

O, bu təyinatadək 2024-cü ilin noyabrından 2026-cı ilin sentyabrınadək SOCAR Midstream Gas Operations şirkətində layihələrin mühəndisliyi qrupunun rəhbəri vəzifəsini tutub. Bundan əvvəl, 2022-ci ilin noyabrından 2024-cü ilin noyabrınadək həmin şirkətdə baş proses və proses təhlükəsizliyi mühəndisi kimi fəaliyyət göstərib.

Hikmət İsgəndərov 2022-ci ilin sentyabrında qısa müddət SOCAR-KBR şirkətində proses mühəndisliyi üzrə baş texniki mütəxəssis vəzifəsində çalışıb.

Onun BP-də də uzunmüddətli iş təcrübəsi var. Belə ki, 2018-ci ilin avqustundan 2020-ci ilin oktyabrınadək BP-də aparıcı proses mühəndisi, 2015-ci ilin mayından 2018-ci ilin avqustunadək proses mühəndisi, 2012-ci ilin avqustundan 2015-ci ilin mayınadək isə kiçik proses mühəndisi vəzifələrində işləyib.

H.İsgəndərov əmək fəaliyyətinə 2008-2010-cu illərdə BOTAŞ, BP və Sumqayıt Etilen-Polietilen Zavodunda təcrübəçi mühəndis kimi başlayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
20 4 11 7 3 6

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.