Ulyaa

Ulyaa Məşhurlar Dünən, 22:30

Oktay Kaynarca yeni serialla qayıdır – Tarix açıqlandı

Oktay Kaynarca yeni serialla qayıdır – Tarix açıqlandı

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca “Hamal” adlı yeni serialla tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Loading.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor yeni layihədə Fahriye Evcen və Caner Cindorukla birlikdə baş rolu paylaşacaq.

Türkiyənin ATV kanalında yayımlanması planlaşdırılan serialın çəkilişlərinə artıq başlanılıb. KYN Yapım şirkətinin istehsalı olan ekran əsərinin rejissoru Mustafa Şevki Doğandır.


Kaynarca serialda İstanbulun Eminönü məhəlləsində yükdaşıyan işləyən Kemal obrazını canlandıracaq. Vaxtilə “Harputlu Kemal” kimi tanınan qəhrəman qaranlıq keçmişindən uzaqlaşaraq yeni həyat qurmağa çalışır. Lakin gözlənilməz ölüm hadisəsi onu yenidən keçmişi ilə üzləşdirir.

Fahriye Evcen serialda müğənnilik edərək dolanışığını təmin edən Hayat obrazına, Caner Cindoruk isə Egemen obrazına həyat verəcək.

Ekran əsərində Erdal Özyağcılar, Burak Tozkoparan, Sarp Akkaya və digər tanınmış aktyorlar da rol alırlar.

Cinayət, intiqam, sevgi və ailə münasibətlərindən bəhs edən serialın noyabr ayında yayımlanması gözlənilir. Lakin ilk bölümün dəqiq tarixi hələ rəsmən açıqlanmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
9 8 10 9 8 4

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.