ice berg

ice berg Müxtəlif Bu gün, 18:00

GTA VI təqdim olundu: “PlayStation” çökdü

GTA VI təqdim olundu: “PlayStation” çökdü

Dünyanın müxtəlif ölkələrində “PlayStation” oyun platformasının fəaliyyətində problemlər qeydə alınıb.

 

Loading.az xəbər verir ki, noyabrın 18-də istifadəçilər hesablara daxil olmaq, serverlərə qoşulmaq, oyunları yükləmək və yeniləmək zamanı çətinliklərlə üzləşiblər.

 

Rəsmi məlumata görə, nasazlıq “Game Streaming” xidmətinə də təsir göstərib. Problemlərlə bağlı ABŞ, Fransa, Almaniya, İsveç, Polşa və Braziliya da daxil olmaqla 36 ölkədən şikayətlər daxil olub.

 

Nasazlığın GTA VI oyununun təqdimatı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Milyonlarla oyunçunun eyni vaxtda “PlayStation” xidmətlərinə qoşulmağa çalışmasının serverlərə əlavə yük yaratdığı düşünülür.

 

Lakin “Sony” problemin konkret səbəbini açıqlamayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
5 13 14 7 24 9

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.