ice berg

ice berg Sevgi Dünən, 22:00

Bilirsənmi, necə olur darıxmaqla barışmaq?

Bilirsənmi, necə olur darıxmaqla barışmaq?

Bilirsənmi, necə olur darıxmağa başlamaq?

Əvvəlcə qoxusu üçün darıxırsan. Cənnət qoxulu saçları düşür yadına. Qoxu elə nankor şeydir ki, şəkillər də çarə olmur, baxıb-baxıb ovunasan. Sonra gülüşləri gəlir ağlına, yata bilmirsən. Gecə-gecə xatirələr boğur, onsuzluğa lənət oxuyur- san. Siqaret də çəkə bilmirsən. Eyvana çıxıb yoxluğunu çəkirsən ciyərlərinə.

Bilirsənmi, necə olur darıxmağa yoluxmaq?

Bəlkə, gələr deyə gündə əlli dəfə çəngəl-qaşıq atırsan yerə. Qulağın qızarır, ondan bilirsən, qapı döyülür, gəldi, sanırsan. Yavaş-yavaş elə bil dindar olursan. Uzun müddət sonra yenidən əllərini göyə açıb onun qayıtmağı üçün dualar edirsən.

Bəlkə, görərsən deyə həmişə getdiyiniz kafeyə ge- dirsən, gələcək ümidi ilə həmişə paltarını asdığı asılqanı boş saxlayırsan yenə.

Bilirsənmi, necə olur darıxmaqla barışmaq? Küçələri sadəcə onunla rastlaşmaq üçün gəzirsən. Telefonu sadəcə onun səsini duymaq üçün istifadə edirsən gizli nömrədən zəng edib iki dəfə "alo" sözünü eşidəcək qədər. Yağışı da sevməyə başlayırsan. Ayrı yerlərdə olsanız belə, eyni vaxtda islanacaqsınız deyə. Bəlkə, gələr deyə yolları da təmiz saxlayırsan, ürəyini də. Gələndə ayağına toz dəyməsin, başqa birini görüb kədərlənməsin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
10 4 7 6 3 11

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.