Mələy0001

Mələy0001 Məşhurlar 1-12-2017, 08:56

Qadınların müdafiəsinə qalxan Ruhi danışdı: "Zorakılığa məruz qaldım" - FOTO

Qadınların müdafiəsinə qalxan Ruhi danışdı: "Zorakılığa məruz qaldım" - FOTO
Qadınların müdafiəsinə qalxan Ruhi danışdı: "Zorakılığa məruz qaldım" - FOTO



Bu gün Beynəlxalq Muğam Mərkəzində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin dəstəyi, sahibkar qadın Ruhi Əliyevanın təşəbbüsü ilə "Qadına qarşı zorakılıq gələcəyimizə qəstdir" şüarı ilə tədbir keçirilib.

BiG.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan sahibkar xanım, müğənni Ruhi Əliyeva bəzi nəqamlara toxunaraq tədbir iştirakçılarını təsirləndirib. Belə ki, o, bir zamanlar qadın zorakılığına məruz qaldığını və qadın sığınacağı təsis edərək qadınları zorakılıqdan qorumaq istədiyini bildirib: "Mən də qadın zorakılığına məruz qalmışam. Şərt deyil ki, bu fiziki zorakılıq olsun. Bir müddət öncə ağır psixoloji sarsıntıya, zorakılığa məruz qaldım. Hazırda ayaq üstə qalxmağı bacarmışam, sinə gərmişəm zorakılığa, uşaqlarımın yanındayam, ailəmlə xoşbəxtəm. İstərdim ki, bütün qadınlar birləşərək zorakılığa qarşı mübarizə aparsınlar.

Bir neçə gün öncə saytda xəbərlər oxudum. Qadınlara qarşı cəmiyyətimizdə hədsiz zorakılıq var və dəhşətli bir xəbərlə rastlaşdım. Hönkürtü ilə ağladım. Məqsədim qadın sığınacağı açaraq zorakılığa məruz qalan qadınları qorumaqdır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
573 695 535 565 623 558

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.