Gecələr yuxuma bir az da sən gəl
Bayaq küçənizdən keçdim, bilirsən?
Saat gec olsa da, sən yatmamışdın.
Çünki pəncərəni qapatsan belə,
İncə tül pərdəni qapatmamışdın.
İşığın sönsə də, yatmamışdın sən,
Camında əks olan bir şam var idi.
Şamın işığında zərif bir qadın,
Qadına aşiq bir adam var idi.
O adam həmişə sevəcək səni,
Ayrılıq sevməyə deyil ki əngəl.
Bu gün mən görməyə gəlmişdim səni,
Gecələr yuxuma bir az da sən gəl
Elvin Mete






