Azərbaycana uzaq səfər bizi narahat etmir - Barselonanın baş məşqçisi
“Barselona”nın baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”la keçiriləcək oyunla bağlı fikirlərini bildirib.
Loading.az İspaniya mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Bakıya 3 xal dalınca yollanacaqlarını açıqlayıb.
Flik uzun yol qət etmələrinin və heyətlə bağlı problemlərin onlara mane olmayacağını düşünür: “Vilyarreal”la indiki məqamda qarşılaşmağımız yaxşı oldu. Çünki rəqib Çempionlar Liqası səviyyəsində olan komandadır. Geridönüşlə qalib gəlmək bizə əlavə motivasiya verdi. Artıq qarşıdakı oyunu düşünməyə başlamışıq. Azərbaycana uzaq səfər bizi narahat etmir. Çünki daha əvvəl də dediyim kimi, bunlar işimizin bir hissəsidir. Məqsədimiz La Liqanı, həm də Çempionlar Liqasını qazanmaqdır. Titul uğrunda mübarizədə isə bütün çətinliklərin öhdəsindən gəlməliyik”.
Flik bu sözləri dünən “Vilyarreal”la matçdan sonra dilə gətirib. “Sabah”ın iki rəqibinin qarşılaşmasında “Barselona” evdə iki top fərqi ilə geri düşsə də, yekunda 3:2 hesablı qələbə qazanmağı bacarıb.
Qeyd edək ki, “Sabah” – “Barselona” oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək







