ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər Bu gün, 16:23

ABŞ-da 4 dairənin seçki nəticəsi açıqlanmayıb - Son 34 ilin rekordu

ABŞ-da 4 dairənin seçki nəticəsi açıqlanmayıb - Son 34 ilin rekordu

ABŞ-ın Demokratlar Partiyası aralıq seçkilərin nəticələrinə əsasən, Nümayəndələr Palatasında ən azı 258 yer qazanaraq son bir neçə onilliyin ən yüksək göstəricisinə nail olub.

Sun.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Demokratlar ən azı 44 əlavə mandat əldə ediblər. Bununla da onlar 2018-ci il aralıq seçkilərinin nəticəsini geridə qoyublar. Həmin vaxt partiya 40 əlavə yer qazanmışdı.

Demokratların 258 mandat həddinə çatması bazar günü Şimali Karolina ştatında demokrat Çak Habardın respublikaçı Virciniya Foks üzərində qələbəsindən sonra mümkün olub.

Daha dörd seçki dairəsində nəticələr hələ dəqiqləşməyib. Onlardan biri Minnesota, biri Tennessi, ikisi isə Luiziana ştatındadır. Luizianada ikinci tur seçkiləri dekabr ayında keçiriləcək. Respublikaçılar isə indiyədək ən azı 173 yer əldə ediblər.

Demokratların Nümayəndələr Palatasında bu qədər böyük üstünlük qazanması 1992-ci ildən, Bill Klintonun ilk dəfə prezident seçildiyi dövrdən bəri partiyanın ən yüksək nəticəsidir. Həmin vaxt demokratlar aşağı palatada 258 mandat əldə etmişdilər.

Müqayisə üçün qeyd edək ki, Barak Obamanın 2008-ci ildə prezident seçilməsindən sonra demokratların Nümayəndələr Palatasında 257 mandatı var idi. Bununla belə, hazırkı nəticə Franklin Ruzveltin prezidentliyi dövründəki göstəricilərdən geri qalır. Həmin dövrdə demokratların aşağı palatadakı mandatlarının sayı 300-ü ötüb.

Seçkilərin nəticələri ABŞ-da hakimiyyətin bölünmüş şəkildə fəaliyyət göstərməsi üçün zəmin yaradıb. Belə ki, demokratlar təkcə Nümayəndələr Palatasına deyil, Senata da nəzarəti ələ keçiriblər. Ağ Ev isə respublikaçı prezident Donald Trampın rəhbərliyində qalır.

Demokratlar qarşıdakı 100 gün üçün fəaliyyət proqramı hazırlayırlar. Proqramda əsas diqqətin yaşayış xərclərinin azaldılmasına yönəldilməsi nəzərdə tutulur. Eyni zamanda, partiya Tramp administrasiyasına nəzarəti gücləndirməyi və onun ikinci prezidentlik müddətində mümkün qanun pozuntularını araşdırmağı planlaşdırır.

Yeni siyasi qüvvələr nisbəti demokratlar üzərində seçkiqabağı vədləri yerinə yetirmək baxımından təzyiqi artırır.

Geri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
0 0 0 0 0 0

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.