ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər Dünən, 22:33

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçirilir

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçirilir

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçirilir.

Take.az xəbər verir ki, Forum bu gün öz işinə başlayıb.

Forumda Azərbaycanın və İtaliyanın dövlət rəsmiləri, iqtisadi qurumlarının rəhbərləri, iş adamları və aparıcı şirkətlərin nümayəndələri iştirak edirlər.

Forum çərçivəsində iki ölkə arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, birgə müəssisələrin yaradılması, sənaye əməkdaşlığının gücləndirilməsi və Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə İtaliya investisiyalarının cəlb edilməsi məsələləri müzakirə olunur.

Tədbir çərçivəsində enerji, infrastruktur və logistika, tikinti, qabaqcıl istehsal, süni intellekt və yeni texnologiyalar üzrə üç tematik panel təşkil ediləcək.

Forumda, həmçinin Azərbaycan və İtaliya şirkətləri və müvafiq qurumları arasında sazişlərin və müqavilələrin imzalanması mərasimi, eləcə də iş adamları arasında B2B görüşlər keçiriləcək.

***

3 noyabr, 11:41

Azərbaycan-İtaliya Biznes Forumu noyabrın 23-də Bakıda keçiriləcək.

Duz.az xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin “X” hesabında məlumat yayılıb.

Bildirilib ki, tədbirdə hər iki ölkədən dövlət qurumlarının nümayəndələri və biznes subyektləri iştirak edəcək. Forum plenar sessiya, tematik sessiyalar və B2B görüşlərindən ibarət olacaq.

Tədbirdə enerji (neft-qaz və bərpaolunan enerji), infrastruktur, logistika və tikinti, qabaqcıl sənaye, süni intellekt və yeni texnologiyalar, kritik xammal sahələrində iqtisadi və sənaye əməkdaşlığı imkanları müzakirə ediləcək.

Süni intellektin data mərkəzləri, yüksək məhsuldarlıqlı hesablama və AI infrastrukturu, eləcə də istehsal, logistika, kənd təsərrüfatı və aqrobiznesdə texnologiya transferi, turizm, ixracyönümlü xidmətlər, əczaçılıq, metallurgiya və digər sahələrdə tətbiqi də forumun əsas mövzuları sırasında olacaq.

İştirak üçün qeydiyyat noyabrın 16-dək aparılacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
30 20 20 29 19 13

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.