Ulyaa

Ulyaa Sağlamlıq Bu gün, 12:00

Sümük zəifliyi beynin daha sürətli qocalması ilə əlaqəli ola bilər

Sümük zəifliyi beynin daha sürətli qocalması ilə əlaqəli ola bilər

ABŞ alimləri onurğa sümüyünün mineral sıxlığının azalması ilə yaddaş və düşünmə qabiliyyətinin daha sürətli zəifləməsi arasında əlaqə aşkar ediblər.

Loading.az xəbər verir ki, bu barədə “ScienceDaily” Cons Hopkins Universitetinin tədqiqatına istinadən məlumat yayıb.

Araşdırmada 2086 şəxsin kompüter tomoqrafiyası məlumatları süni intellekt vasitəsilə təhlil edilib. Onlardan 715 nəfərin beyin MRT müayinələri və idrak testləri haqqında məlumatları da qiymətləndirilib.

Nəticələr göstərib ki, onurğasında sümük sıxlığı daha aşağı olan şəxslərdə zamanla idrak funksiyalarının zəifləməsi və beynin ağ maddəsində dəyişikliklər daha sürətli baş verib.

Alimlər vurğulayırlar ki, bu əlaqə osteoporozun birbaşa demensiyaya səbəb olduğunu sübut etmir. Sümük və beyin toxumasındakı dəyişikliklər yaşlanma ilə bağlı ortaq bioloji proseslərin nəticəsi ola bilər.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
6 3 4 3 6 3

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.