Ulyaa

Ulyaa Avto Dünya Bu gün, 13:00

“Honda”dan yeni 7 yerlik krossover – İlk dəfə təqdim olundu

“Honda”dan yeni 7 yerlik krossover – İlk dəfə təqdim olundu

Yaponiyanın “Honda” şirkəti yeni nəsil hibrid texnologiyası ilə təchiz edilmiş “Avancier” krossoverinin dünya premyerasını keçirib.

Loading.az xəbər verir ki, bu barədə “Honda” şirkətinin rəsmi məlumatında bildirilib.

Üç sıra oturacağa malik yeni avtomobil ailəvi səyahətlər üçün hazırlanıb. Model yeni platforma, təkmilləşdirilmiş hibrid güc sistemi və markanın yenilənmiş “H” loqosu ilə təqdim olunub.

“Avancier”də ön və arxa təkərləri ayrı elektrik mühərrikləri vasitəsilə idarə edən “DualPower eAWD” tam ötürücü sistemi tətbiq edilib. Salonda böyük multimedia ekranı, panoram dam, 12 dinamikli “Bose” səs sistemi və uzaqdan avtomobilin ətrafını izləmək imkanları nəzərdə tutulub.

Yeni krossoverin ilk növbədə Yaponiya, Çin və Tailand daxil olmaqla Asiya bazarlarında satışa çıxarılması planlaşdırılır. Şirkət modelin qiymətini hələ açıqlamayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
7 5 5 4 8 4

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.