ice berg

ice berg Xəbərlər Bu gün, 18:00

Sabahkı futbola görə metronun iş saatı dəyişir

Sabahkı futbola görə metronun iş saatı dəyişir


UEFA Çempionlar Liqasında mübarizə aparan “Sabah” FK-nın “Barselona” (İspaniya) klubuna qarşı oyunu ilə əlaqədar noyabrın 25-də Bakı metropoliteninin Qırmızı xəttində (M1) iş rejimi dəyişdiriləcək.

“Bakı Metropoliteni”ndən bildirilib ki, “Sabah” Futbol Klubu tərəfindən edilən müraciət və “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Qırmızı xətdə (M1) iş vaxtı 1 saat uzadılacaq. Azarkeşlərin mənzilbaşına rahat çatması üçün noyabrın 25-dən 26-na keçən gecə xəttin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmçinin, stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət tədbirləri gücləndiriləcək. Qarşılaşmadan sonra qatarların hərəkət qrafiki “Koroğlu” stansiyasındakı tələbat və sərnişin axınına uyğun tənzimlənəcək.

Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə iş rejimi olduğu kimi saxlanılacaq. Ümumilikdə isə gün ərzində qatarların hərəkəti payız-qış cədvəlinə uyğun təşkil ediləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
4 7 5 6 9 8

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.