Ulyaa

Ulyaa Avto Dünya Bu gün, 17:00

“Suzuki” yeni elektrik avtomobilini təqdim etdi

“Suzuki” yeni elektrik avtomobilini təqdim etdi

Yaponiyanın “Suzuki” şirkəti qlobal bazar üçün hazırladığı ilk kompakt elektrik avtomobili olan yeni “Ignis” modelini təqdim edib.

Loading.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yayımlanıb.

Yeni model əsasən şəhər şəraitində gündəlik istifadə üçün nəzərdə tutulub. Avtomobilin hazırlanması zamanı sürücülərin benzin mühərrikli nəqliyyat vasitələrindən elektrik avtomobillərinə daha rahat keçidi nəzərə alınıb.

Avtomobil xüsusi elektrik platforması üzərində qurulub. Onun minimal dönmə radiusu 4,5 metr təşkil edir. Bu göstərici dar küçələrdə və dayanacaqlarda manevr etməyi asanlaşdırır.

Yeni modelin Avropa və digər bazarlarda satışına 2027-ci ilin yayından başlanılması planlaşdırılır.

Geri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
0 0 0 0 0 0

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.