ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK İdman Dünən, 14:50

İdmançılarımız Ermənistanda 6 medal qazanıblar

İdmançılarımız Ermənistanda 6 medal qazanıblar

Ermənistanın Tsaxkadzor şəhərində eşitmə qabiliyyəti məhdud idmançılar arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası uğurlu nəticə ilə yadda qalıb.

Azərbaycan Deflimpiya Komitəsindən Cin.az-a verilən məlumata görə, yunan-Roma güləşi üzrə yarışda 6 idmançı ilə təmsil olunan komandamız, ümumilikdə, 6 medal – 3 gümüş və 3 bürünc medal qazanıb.

Böyüklər arasında keçirilən yarışda Kənan Allahverdiyev (60 kiloqram) və Tuncay İbrahimzadə (77 kiloqram) gümüş, Murad Cəfərov (55 kiloqram) isə bürünc medal əldə edib.

Ceyhun İsazadə isə iki yaş kateqoriyasında uğurla çıxış edib. O, gənclər arasında 60 kiloqram, böyüklər arasında isə 63 kiloqram çəki dərəcəsində bürünc medala sahib olub. İslam Rzayev (130 kiloqram) gənclər arasında keçirilən yarışda gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan təmsilçiləri Avropa çempionatını 3 gümüş və 3 bürünc medalla başa vurublar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
7 19 8 12 16 12

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.