ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər Dünən, 21:50

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin bu gün keçirilən məhkəməsində videokonfrans vasitəsilə ifadə verib.

Take.az xəbər verir ki, məhkəmə prosesində sualları cavablandıran Mehdiyev, evindən çıxan 17 milyon manatdan da danışıb.

Dövlətə xəyanətdə təqsirli bilinən "Boz kardinal" həmin pulları öz zəhməti ilə qazandığını deyib:

"1957-ci ildən işləyirəm. O pulları öz zəhmətimlə yığmışam".

Bugünkü və daha öncə keçirilən məhkəmədə R.Mehdiyevin ailə üzvləri də ifadə veriblər.

Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Məhkəmə prosesi başa çatan Ramiz Mehdiyev 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub.

Onu da əlavə edək ki, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
12 18 8 9 21 12

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.