_Mənalı Statuslar_
Heç vaxt başqa insanlar üzülməsin
deyə özünü üzmə. Unutma; Sən
dözürsənsə, onlar da dözə bilər.
Dünyadakı ən qəribə və üzücü şey;
Bir vaxtlar bir-birinin hər şeyini bilən
iki insanın tamamilə yadmış kimi
davranmasıdır.
Qəribədir insan, eyni zarafata
dəfələrlə gülməz amma eyni acıya
dəfələrlə ağlayar.
Hər kəsin istədiyi kimi biri olmaq
üçün doğulmamışam.
Bir gün ürəyincə yaşamaq yüz il
sürünə sürünə yaşamaqdan
yaxşıdır.
Dünya hamıya çatacaq qədər
böyükdür. Başqasının yerini
tutmağa çalışmaqdansa, öz yerin
haqqında fikirləş.
Heç bir şey yolunda getmir əslində,
sadəcə mən görməməzliyə
vururam.
Əhəmiyyətsiz saydığımız ən adi
hadisələr bəzən həyatımızı
cəhənnəmə döndərə bilər.
Bəzən düşünmədən yaşamaq
lazımdır, bəzən də yaşadıqlarını
düşünməmək...
Məsafələr, sevməyi
bacarmayanların bəhanəsidir...
Birini sevməyə başlamaq başlı
başına bir iş, bir cəhddir. Güc istər,
ürək istər, korluq istər. Hətta
başlanğıcda elə bir an vardır ki
uçurumun üstündən sıçramaq istər;
düşünməyə çalışsan aşa bilməzsən
onu.
Əgər bir insan sənin üçün
həqiqətən də dəyərlidirsə, o sənə
nə qədər acı yaşatsa da, sən onu
bağışlayacaqsan...
Səni sevəni sevmək özünə
vurğunluqdur. Səni sevməyəni
sevmək, bax bu məhəbbətdir...
Könül almağı bacarmayana ömür
əmanət edilməz..
Həyatdan dərs almağı bacaran
insan xoşbəxtdir.
Redaktə etdi:meley0001






