Ürəyim təbrik edirəm səni

Hər kəsə Allahın Salamı olsun dostlar necəsiz
Deməli dostlar bu gün mənim üçün xoş gün oldu daha doğrusu Xoş xəbərlə gəlmişəm saytımızın şirin şəkər qızı olan The.Babayevanınnişan günüdür onun üçün özəl xəbər hazırlamaq qərarına gəldim

Unutmayın ki, paylaşdıqca çoxalan tək şey sevgidir.Evlilik kimi bir nöqtəylə əbədiləşdirdiyiniz sevginizinin həmişə çoxalmasını diləyirəm.
Sevginizi ölümsüzləşdirməyə doğru atdığınız bu addımda sevginizin həmişə ilk anda olduğu kimi, təzə qalması və xoşbəxt olmanız diləyilə ...
Yaşamınızın hər günü bu günkü kimi, sevgi dolu, xoşbəxt keçsin.Bir-birinizə həmişə bağlı olun.Xoşbəxtliklər...
Ağ göyərçinlər göndərirəm buralardan sizə, həyatınıza sevgi, xoşbəxtlik və dinclik versin deyə.Ömür boyu xoşbəxtliklər diləyirəm.
Hər gününüz bir-birinizə daha çox sevərək, daha çox bağlanaraq keçsin.Həyatınız boyu xoşbəxt və dinc yaşayın.

Canım bacım Bütün həyatınız boyunca ən gözəl günləri, ən sevincli xatirələri, birlikdə yaşamağınız diləyi ilə ... Xoşbəxtliklə !!!Birləşən əlləriniz və qəlbləriniz bir-birindən heç ayrılmasın.Həyatın bütün gözəllikəri sizin olsun.
Həyat çox qısadır, həyatınız boyunca birlikdə olmağa söz verdiyiniz bu gündən etibarən, bir-birinizin ürəyini qırmamağı və hər zaman sevgi dolu günlər yaşamağınızı arzu edirəm.
Hər gününüzü hər an bitəcəkmiş kimi, bir-birinizə möhkəm-möhkəm sarılaraq və sevgi dolu günlər keçirərək başa vurmanızı diləyirəm.

Hər gününüz bir-birinizi daha çox sevərək, bir-birinizə daha çox bağlanaraq sevgi dolu keçsin.Həyatınız boyu xoşbəxt, rahat və çox uşaqlı yaşam diləyimlə yuvanızdan heç vaxt sevgi əskik olmasın.Gözləriniz həmişə bir-birinizi axtarsın.Birlikdə gülə bilmək, gəzə bilmək, xoşbəxt ola bilmək, sevinclər yaşaya bilmək üçün, ən əsası isə bir-birinizi həmişə sevə bilmək üçün bolluca “zaman”ınızın olmasını diləyirəm.Əlləriniz və gözləriniz bir-birindən heç ayrılmasın!!!

Canım bacım bir daha təbrik edirəm ürəkdən
Bax indidən qızımızın yeri yaxşı olsun deyə qəşəng süfrə açdıq qızlarla və sənə yeznəmizə həddiyə aldıq :biggrin:
Qızlar baxın buda gözəlimin nişan üzüyüdü :clapping:
Bu da bizim sənə hədiyyəmiz
Bir daha təbrik edirəm ürəyim






