Kukulka

Kukulka Məsləhətlər 5-12-2017, 14:26

Yumurtanı soyuducunun qapısında saxlamayın - XƏBƏRDARLIQ

Yumurtanı soyuducunun qapısında saxlamayın - XƏBƏRDARLIQ




Yumurtanı adətən soyuducunun qapısında saxlayırıq. Bunun üçün soyuducuda xüsusi yer nəzərdə tutulub. Ancaq mütəxəssislər yumurtanı soyuducunun qapısında saxlamağın yanlış olduğunu deyirlər.

BiG.AZ ailem.az-a istinadən bildirir ki, soyuducunun qapısındakı xüsusi hissədə yumurtaları saxlamaq yaxşı bir fikir kimi görünsə də, əslində ən pis saxlanma şəklidir. Belə ki, qapı soyuducunun ən isti yeridir və hər dəfə qapını açıb-bağladıqda yumurtalar fərqli temperatura məruz qalır.

Bu temperatur dəyişikliyi isə yumurtaların tez xarab olmasına səbəb olur.

Yumurtaları soyuducuda saxlamaq istəyirsinizsə, onları qapıda deyil, içərisində mühafizə etməlisiniz.

Soyuducu əvəzinə sərin və quru bir şkafda saxlandıqda yumurtalar eyni temperaturda qaldığından daha uzun müddət xarab olmadan qalır.

Mütəxəssislər yumurtanı otaq temperaturunda saxlamağın ən yaxşı seçim olduğu mövzusunda həmfikirdirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
682 630 568 571 607 570

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.