_AnGeLL_

_AnGeLL_ Maraqlı 7-12-2017, 15:11

O, dünyanın ən gözəl uşağı seçildi - FOTOSESSİYA

O, dünyanın ən gözəl uşağı seçildi - FOTOSESSİYA
Qərb KİV-ləri dünyanın yeni ən gözəl uşağını tapıblar. Bu, 6 yaşlı rus qızı Anastasiya Knyazevadır. Qızcığaz sosial şəbəkə istifadəçilərini “mələk baxışları” və “gəlinciyə bənzər xarici görünüşü” heyran qoyub.

Anastasiyanın 500 min izləyicisi olan İnstagram səhifəsini anası idarə edir. Yeri gəlmişkən, uşağın anası Anna Knyazeva əvvəl model kimi çalışıb. Qızının 4 yaşı olanda onun adına İnstagramda səhifə açıb.

5 yaşında artıq Anastasiyanın model kimi ilk müqavilələri imzalandı.6 yaşlı Anastasiya hazırda Rusiya agentliklərindən birində çalışır və eyni vaxtda bir neçə brendin siması sayılır. İndi o da Tilan Blondo və Kristina Pimenova kimi “dünyanın ən gözəl uşağı” tituluna layiq görülüb.Anna Knyazeva qızının çəkilişlərdəki fotoları ilə yanaşı, gündəlik şəkillərini də paylaşır.

Şərhlərdə bəzi insanlar bu yaşda uşağın modellik etməsini düzgün saymırlar. Bəzi şərhçilər çəkiliş zamanı 6 yaşlı qızcığaza makiyaj etməyə icazə verdiyi üçün ananı qınayırlar. Ancaq əksəriyyət uşağın gözəlliyini tərifləyirlər.














O, dünyanın ən gözəl uşağı seçildi - FOTOSESSİYA






Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1211 1144 1092 1014 1264 988

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.