ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 9-12-2017, 23:29

Həmyerlisinin maşınını qaçıran şəxs saxlanıldı - Zaqatalada

Həmyerlisinin maşınını qaçıran şəxs saxlanıldı - Zaqatalada


Zaqatalada həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki Regional Qrupundan Metbuat.az-a verilən məlumata görə, rayon sakini Nərman Şahid oğlu İsayev ona məxsus “VAZ 2106” markalı 62 BF 068 dövlət nömrə nişanlı minik avtomobilinin oğurlanması barədə Zaqatala rayon polis Şöbəsinə ərizə ilə müraciət edib.


Müraciət əsasında aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində N.İsayevə məxsus maşını dekabrın 7-dən 8-ə keçən gecə onun həmyerlisi Elnur Məmməd oğlu Novruzovun qaçırması məlum olub. Tədbir nəticəsində E.Novruzov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
535 569 549 551 475 486

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.