Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 9-12-2017, 23:57

Bıçaqlanan şəxs 7 saatlıq əməliyyatdan sonra sağ qaldı

Bıçaqlanan şəxs 7 saatlıq əməliyyatdan sonra sağ qaldı
Bıçaqlanan şəxs 7 saatlıq əməliyyatdan sonra sağ qaldı



Tərtər rayonunun Qapanlı kəndində bıçaqlanma hadisəsi baş verib. Loading.Az "Report”a istinadən xəbər verir ki, toyda başlayan mübahisə, daha sonra münaqişə ilə yekunlaşıb.

Nəticədə 1987-ci il təvəllüdlü kənd sakini Elsəvər Vidadi oğlu Salmanov adı hələ ki, məlum olmayan şəxs tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı öncə Tərtər, ardınca Bərdə, sonda isə Mingəçevir şəhər xəstəxanasına aparılıb. Nəhayət Mingəçevirdə baş tutan 7 saatlıq ağır cərrahi əməliyyatdan sonra yaralı gəncin həyatını xilas etmək mümkün olub. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.

Baş vermiş hadisə ilə bağlı Tərtər rayon Polis şöbəsində araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
464 510 461 521 512 406

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.