Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 9-12-2017, 11:08

Deputatlar XII yaradıcı və elm ziyalıları forumunda iştirak edəcək

Deputatlar XII yaradıcı və elm ziyalıları forumunda iştirak edəcək
Deputatlar XII yaradıcı və elm ziyalıları forumunda iştirak edəcək



Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə MDB-yə üzv dövlətlərin XII yaradıcı və elm ziyalıları forumunda iştirak etmək üçün dekabrın 10-da Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkil etdiyi tədbir “MDB ölkələrində ailə dəyərləri və ənənələrinin möhkəmləndirilməsində humanitar əməkdaşlığın rolu” mövzusuna həsr olunub.

Toplantıda quruma üzv dövlətlərin elm və təhsil sahəsində əməkdaşlığı, MDB-də mədəniyyət ilinin keçirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər dekabrın 13-də başa çatacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
546 483 479 450 497 465

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.