Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 10-12-2017, 10:28

Bakıda DƏHŞƏT: Bacısının ərini və qayınatasını güllələdi

Bakıda DƏHŞƏT: Bacısının ərini və qayınatasını güllələdi
Bakıda DƏHŞƏT: Bacısının ərini və qayınatasını güllələdi



Bakıda güllələnmə hadisəsi baş verib.

Loading.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Vüsal Tufan oğlu Tanrıverdiyev Ramanı qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib. V.Tanrıverdiyev həmin evdə yeznəsi Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib.

Hadisə nəticəsində ata və oğul güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
546 490 499 519 533 471

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.