Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 9-01-2018, 20:53

"3 ildir sevgilim yoxdur" - Nigar

"3 ildir sevgilim yoxdur" - Nigar
"3 ildir sevgilim yoxdur" - Nigar



"Hər dəfə özümü tənqid edirəm. Güzgüyə baxanda özümdə nəsə mənfi bir şey tapıram. Gərək özünü tənqid edib üzərində işləyəsən. Səhvlər görəndə, çalışırsan onları düzəltməyə".

Bu sözləri müğənni Nigar Camal "ATV kulis" verilişində deyib. Sənətçi ətrafındakı insanlardan söz açıb:

"İnsanlar üçün özümü öldürən deyiləm. 20 yaşım olsaydı, başqa cür düşünərdim. Onda hamıya inanırdım. İndi neqativ insanlardan uzaqlaşıram. Yanımda yalnız mənə yaxın olan 6-7 adam çalışır. Hər dəfə deyirəm ki, istəyən gedə bilər".

Özünü aktrisa kimi də sənayan Nigar film təklifləri aldığını söyləyib:

"Artıq bir neçə film təklifi almışam. Əvvəl ssenariyə baxıram. Yaxşı olsa, qəbul edərəm. Zarafat xoşlayıram. Onsuz yaşaya bilmərəm. Mənfi tərəflərimdə var, əsəbi ola bilərəm. Amma çox da əsəbi qala bilmirəm".

Müğənni şəxsi həyatından söz açıb. O bildirib ki, neçə ildir sevgilisi yoxdur:

"Təkəm, alışdım buna. Boş-boşuna kimləsə vaxt itirməyəcəm. Əgər hiss etsəm ki, bu insan mənlik deyil, münasibət qurmaram. Yanımda kimsə olsun deyə, münasibət yaşamaram. Hislərim yoxdursa, vaxtımı itirmərəm. 3 ildir sevgilim yoxdur. İnanmırlar inanmasınlar. İngiltərədə uşaqlarımla məşğulam. Ora gedəndə heç kimlə də görüşmürəm. Bakıda da işlərimlə məşğul oluram. Həyatıma kimsə gəlsə, ciddi münasibət quracam".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
512 516 427 417 501 462

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.