Hamilə xanımının qarşısında silahla zarafat etmək istədi, öldü - FOTO

Türkiyədə 27 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Loading.Az milli.az-a istinadla xəbər verir ki, Sakaryada 27 yaşlı Mete Serhat Aslantürk üzünə tutduğu tüfəngdən atəş açılması nəticəsində başından xəsarət alıb. Dərhal xəstəxanaya çatdırılan Metenin həyatını xilas etmək mümkün olmayıb.
Ailəsinin verdiyi məlumata görə, Metenin məqsədi intihar etmək yox, zarafat etmək olub. Belə ki, o, əlinə alıb "baxın silah boşdu", - deyərək zarafat edən əsnada atəş açılıb.
Qeyd edək ki, Metenin 3 il əvvəl ailə qurduğu xanımı hamilədir.






