Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 26-01-2018, 21:39

Saçlarını qaraltdı, heç kim tanımadı... - fotolar

Saçlarını qaraltdı, heç kim tanımadı... - fotolar
Müğənni Nura Suri yeni fotosessiya etdirib. Sənətçi bunun üçün sarı saçlarını qaraya boyatdırıb.

Loading.Az-ın axsam.az-a istinadən məlumatına görə, Nura yeni görünüşündən danışıb:


"Biz bu fotosessiyanı kiminsə xoşuna gəlmək üçün yox, dəyişiklik olsun deyə etdik. Məni tanıyanlar bilir ki, 10 ildən çoxdur özüməməxsus imicim, saç düzümüm, geyim tərzim var. Həmişə insanlar niyə dəyişiklik etmədiyim barədə sual verirdilər. Mənim isə onlara cavabım eyni olurdu: "əgər mən özümə yaraşanı tapmışamsa, bununla daha rahatamsa, niyə komfortumdan əl çəkim?".

Stilist Elnur Həsənov və fotoqraf Əlibəy Qasımovla belə qərara gəldik ki, layihə üçün dəyişiklik edək. Bu, həm də başqa bir tədbir üçün idi. Məni görənlər tanımadı. Bu da bizim istədiyimiz nəticə idi".

Müğənni bildirib ki, bəzi insanlar onun görüntüsündən razı olmayıb:

"Bəzi izləyicilərim saçın yaraşdığını bildirsə də, digər yarı bəyənmədi. Amma dediyim kimi, layihə üçün qısa müddətli dəyişiklik idi".













Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
587 560 609 411 513 469

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.