❤Quen❤

❤Quen❤ Hekayələr 11-02-2018, 11:02

MÖCÜZƏLİ TALEYİM Bölüm 1

MÖCÜZƏLİ TALEYİM Bölüm 1


Bu səhər gözümü yenə fəlakətlə açmışdım. Aşağıdan anamın fəryad dolu qışqırıqlarını eşidib dərhal pilləkənləri qaçaraq aşağı düşmüşdüm.Gördüyüm mənzərə məni şoka salmışdı. Atam huşsuz vəziyyətdə yerdə yatır, anam isə başının üstündə nalə çəkirdi. Birdən sanki kimsə üzümə şillə vuraraq məni ayıltmış "Ayan özünə gəl, ailənin sənə ehtiyacı var demişdi ".Cəld əllərim əsərək telefonla təcili yardıma zəng edərək kömək çağırmışdım. Atam mənim hər şeyim, arxa dayağım, gözümü nuru idi. Onu itirsəm yaşaya bilməzdim. Əlini əlimə alaraq sığallayır "Ata nə olar getme! Bizim sənə ehtiyacımız var. Məni köməksiz qoyma. Axı ,mən sənin hələ də böyüməyən, dəcəl, körpə Ayanınam.Sən getsən mən neyləyərəm? ?..". deyirdim.Az sonra təcili yardım gəlmiş və atamı xəstəxanaya çatdırmışdıq. Xəstəxanalara uşaq vaxtımdan nifrət edirəm. Oranın qoxusu, kənarda olub-bitənlərdən xəbərsiz çarəsizcə gözləmək mənə əzab verirdi. Anam sakitləşmək bilmədən fəryad edir, mən isə onu qucaqlayaraq təsəlli edirdim.Nə qədər üzülsəmdə, acı çəksəmdə ağlaya bilmirdim. Doğrudan mən ən son nə vaxt ağlamışdım? Yadıma düşdü. .9 yaşımdaykən qonşunun qızıyla dalaşarkən məni itələmiş,mən isə yıxılaraq qolumu sındırmışdım. Hönkürtü dolu səsimə anam və atam qaçaraq yanıma gəlmiş ,məni həkimə aparmışdılar. Atam "Ayanım, sən axı böyümüsən. Böyük və güclü qızlar hər şeyə görə ağlamazlar "demişdi. Atamın bu sözləri bir ömürlük beynimə həkk olunmuşdu. O mənim təkcə atam yox həm də dostum, sirdaşımdı. Bir qədər sonra həkim palatadan çıxaraq bizə yaxınlaşmışdı.

Anam : Həkim nə olar, bir şey deyin.Rüstəmin vəziyyəti necədir?

Həkim "Həlimə xanım, xahiş edirəm sakitləşin.

Ayan"Həkim,atam içəridə can çəkişərkən necə sakit ola bilərik? Xahiş edirik bir şey deyin.

Həkim"Ayan xanım ,atanızın vəziyyəti olduqca ciddidir. Dərhal əməliyyat olunmalıdır .

Ayan "Bizim o qədər pulumuz yoxdur axı. Lütfən əməliyyatı edin. Atamı sağaldın, Mən işləyib pulunuzu ödəyərəm. Məni atasız qoymayın yalvarıram.

Həkim "Kaş ki,bu mənim əlimdə olaydı. Ancaq pulu xəstəxananın hesabına köçürməyiniz şərtdir. Biraz tələsin yoxsa Rüstəm bəyi itirə bilərik.

Bir anda bütün dünyam qaralmışdı sanki. Anamın da artıq dayanacaq gücü qalmamışdı. Yerə çökərək saç-başını yolur, ağlayırdı. Tibb bacısı yanımıza gələrək sakitləşdirici iynə vurmuşdu. Bu pulu tapmalıydım, atamı xilas etməliydim nə olursa olsun. ..

Məlikov malikənisi yenə Heydər bəyin qışqırıqlarıyla silkələnirdi. Milyorder Heydər bəyin ailəsi sayılıb-seçilən, hər kəsin diqqət mərkəzində olan bir ailəydi. Heydər bəyin qışqırıqlarını səbəb isə tək varisi olan, gününü barlarda qadınlarla keçirən, gənc qızların xəyalında canlandırdığı Anar Məlikov idi. Heydər bəy əsəblə əlindəki qəzeti oxuyurdu""Məlikovlar ailəsinin yeganə varisi, gənc qızların arsuzunda olduğu Anar Məlikov dünən gecə sərxoş halda kameralara tuş gəldi. Yanındakı sarışın xanımla həddən artıq səmimi görünən Anar bəy müxbirlərimizin suallarına cavab vermədən, ən son model maşınına minərək yanımızdan uzaqlaşdı ".

Heydər bəy"Rəzalətə bax!! Məlikovlar ailənin axırına elə sənin bu sevimli oğlun çıxaraq Samirə!!

Samirə "Heydər bəy, qurban olum Biraz sakitləş. Gəncdir edib bir cahillik.

Heydər "sus Samirə sus. O artıq uşaq deyil. 25 yaşı var! Bundan sonra ya adam olacaq yada əlində nəyi var nəyi yox hamısından məhrum edəcəm. Sabahdan şirkətdə işə başlayacaq.Tez bir zamanda da halal süd əmmiş bir qızla evlənəcək. Vəssalam!!

Anar "off, başım partlayır.Hardayam mən?? " deyə deyinərkən birdən axşam olanları xatırlamağa başladı. Əlini alnına çırparaq "Ay zibil!! Heydər paşa bu səfər səni dəqiq öldürəcək "demişdi. Başını sağa çevirib dünən birlikdə olduğu "tək gecəlik"lərdən birini görərək "bu hələ burda neyləyir? ? "deyə deyinmişdi. Hər zaman beləydi Anar, vecsizliyi, qadınlara düşkünlüyü ilə Heydər bəyi özündən çıxarsada anası Samirə xanım qarşısını alırdı .Ancaq bu səfər Anar türkün məsəli "bardakdakı son suyu taşırmışdı ".. Elə olub-bitənləri fikirləşərkən telefonu çalmağa başlamışdı. Ekranda "Heydər paşa"yazıldığını görən kimi"bu səfər cənazənə hazırlaş Anar"demişdi öz-özünə. Amma heç nə olmamış kimi açmışdı telefonu.

Anar "Bəli Heydər paşa, qulluğunuzda hazıram "

Heydər "Dərhal evə gəlirsən. Artıq söz eşitmək istəmirəm. "

Anar cəld şəkildə geyinərək maşınına əyləşib "cəhənnəm"adlandırdığı malikanəyə yola düşmüşdü.Kim bilir bəlkə də Anarın dünən gecə etdiyi səhv və Heydər bəyin qərarı onu həyatının dönüş nöqtəsi olacaqdı. ..




Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
632 637 604 577 639 648

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.