❤Quen❤

❤Quen❤ Hekayələr 12-02-2018, 15:46

MÖCÜZƏLİ TALEYİM Bölüm 2

MÖCÜZƏLİ TALEYİM Bölüm 2


Anar bütün yol boyu düşünmüş, bu səfər çox irəli getdiyinin fərqinə varmışdı. Ancaq o əsla Heydər bəy qarşısında aciz qala bilməzdi ,nə olursa-olsun onu əzməsinə izin verməyəcəkdi..Atası hər zaman onu tənbehləyir, "şəxsi həyatındı, nə edirsən et. Amma çalış bunu səndən başqa heç kim bilməsin. Hamı "Məlikov"ları yaxşı, ziyalı ailə olaraq tanıyır və bu belə də qalmalıdı ""demişdi. Lakin Anar hər zaman öz bildiyini edir,burnunun dikinə gedirdi. Dünən gecə anidən jurnalistlərə yaxalanması isə onu Məlikovları tanıyan hər kəsin gözündə alçaltmışdı. Onsuz Heydər bəylə arası uzun müddətdir ki,yaxşı deyildi. Buna səbəb isə, atasının ona uşaq vaxtından laqeyd yanaşması, bütün məsuliyyəti anası Samirə xanımın üstünə yıxması idi. Heydər bəy bütün gün işləyir, Anarın gələcəyini təmin etməyə çalışırdı. Onun fikrincə oğluna bəxş edəcəyi ən böyük xoşbĕxtlik mal-dövlət idi. Nə biləydiki Anarın tək ehtiyacı olan onun quru sevgisi idi. ..Təbii ki,heç bir ata övladının pisliyini istəməz ancaq Heydər bəy bir sıra səhvlərə yol vermişdi və hər zaman özünü haqlı sayırdı..

Az sonra Anarın maşını Məlikovların həyətində görünmüşdü. Qulluqçular tez qabağına qaçıb ""Xoş gəlmisiniz Anar bəy"desələr də, Anarın fikirdən gözü onları görmürdü sanki. Hər zaman işçilərə qarşı nəzakətli olduğundan, onun bu hərəkəti onları heyrətləndirmişdi.. O asta şəkildə qapını açaraq malikanəyə daxil olmuşdu. İçəri girər-girməz Samirə xanım "oğlum "deyib boynuna sarılmışdı. Anar da eyni mehribanlıqla anasını qucaqlamışdı. Elə bu vaxt içəridən Heydər bəyin qəzəbli səsi eşidildi.

Heydər bəy"Anar!! İçəri keç! !

Anar cəld şəkildə içəri daxil olmuş, atasının "otur" işarəsindən sonra onunla üzbəüz kresloda oturmuşdu. Başına gələcəkləri az-çox təxmin edirdi ancaq eşidəcəkləri onu lap çox heyrətə gətirəcəkdi. ..

Heydər bəy :"Al bax bu qəzetlərə!! Hələ kanalların dünən gecə etdiyin qələti bar-bar bağırmasından danışmıram "

Anar :"Ata qulaq as"

Heydər bəy"Bu günə qədər mən sənə qulaq asdım bundan sonra sən mənə qulaq asacaqsan!Sabahdan şirkətdə işə başlayırsan. Özüdə bizimlə birlikdə yaşayacaqsan! Axşam 7-də iş saatı bitəcək ondan sonra azadsan,hara istəsən gedərsən. Ancaq gecə 12-dən sonra evə gəlmək qadağandır "

Anar "Yox artıq!Bəlkə əlimdən tutub məni sən aparasan? ?"

Heydər bəy:"Gərəkərsə oda olacaq!"

Anar "Ata etdiyim bir səhvə görə məni belə cəzalandıra bilmərsən.Təkgecəlik bir fahişəylə görüntüləndim deyə məni azadlığımdan məhrum etməyə haqqın yoxdu.Mən uşaq deyiləm !"

Heydər bəy"Uşaqsan! mənim gözümdə hələ də, uşaqsan. Böyüsəydin elə qələtlər edib Məlikovları adına ləkə gətirməzdin!

Anar "bu dediklərinlə qətiyyən razılaşmayacam "

Heydər bəy"Razılaşacaqsan.Sənin dünyadan xəbərin yoxdu, bu səhər banklara zəng edib bütün kartlarını ləğv etmişəm. Hal-hazırda altındakı maşından və cibindəki 5-10 manat puldan başqa heç nəyin yoxdu .İnanmırsan zəng elə soruş! Hə birdə, qısa zamanda ailəmizə yaraşan, ədəbli bir qız tapıb evlənirsən.Tapmasan özüm tapacam!"

Anar "Nəə? bu artıq ağ oldu. Belə mənasız söhbətə daha fazla qulaq asacaq deyiləm " deyib qapını çırparaq malikanədən uzaqlaşmışdı. Tez zəng bankda işləyən tanışından atasının dedikərinin doğru -olub olmadığını soruşmuş o isə kartların hamısının ləğv olunduğunu bildirmişdi. Hirsindən gözləri qan çanağına dönmüşdü.Maşının surətini daha da artırır,hirsini çıxarırdı.Elə bu vaxt qarşıdan yolu keçmək istəyən uşağı gördü.Sürətini azalda bilmədiyindən rolu sağa döndərmiş, maşın zərblə yolun kənarındakı ağaca çırpılmışdı.Az sonra ətrafdakı insanlar maşının ətrafına toplaşmışdılar. Anar xəfif sıyrıqlarla qurtulsada maşın sıradan çıxmışdı.Başında hiss etdiyi ağrıyla alnının qanadığının fərqinə varmışdı.Cibindən telefonunu çıxararaq ən yaxın dostu Səlimə zəng etmişdi. Səlim pis və yaxşı günlərində daima onun yanında olurdu. Düzdür Anarın bəzən bilmədən dediyi sözlər və etdiyi hərəkətlər onu əsəbləşdirsədə görməzlikdən gəlirdi.Bir qədər sonra Səlim maşınıyla özünü ora çatdırmışdı.

Səlim"Anar yaxşısan? necə oldu bu?"

Anar "Səlim sonra danışarıq.İndi vəziyyətdən çıxış yolu tapaq"

Səlim"Mən maşınla maraqlanaram. Alnın pis vəziyyətdədi, mərkəzi xəstəxanalardan biri bura çox yaxındı, otur taksiyə get. Narahat olma, mən burdayam onsuz"

Anarın razılaşmaqdan başqa bir çarəsi olmadığından taksiyə minib xəstəxanaya gəlmişdi. 3-cü mərtəbəyə qalxıb həkimin palatasına daxil olmuşdu. Həkim yarasını təmizləyib yara bandı vurmuşdu. Koridora çıxarkən bir qızın həkimlə fəryad dolu səsiylə danışdığını gördü

Ayan"Axı mən 5 gün içində o pulu hardan taparam? Özüdə əməliyyatın Türkiyədə olacağını deyirsiniz "

Həkim "Vaxtımız çox azdı, hər keçən gün əleyhimizə işləyir. Əlinizi biraz cəld tutun "

Az sonra həkim yanından uzaqlaşmış,qız isə ruh kimi yerində qalmışdı. Onun üzündəki məsumiyyət və saflıq məni özünə cəlb edirdi.Bir qədər sonra qız asta addımlarla yeriməyə başlayırsan, yanımdan keçərçən bilmədən çiynimə toxunmuş və arxaya dönərək asta səslə "bağışlayın "demişdi. Sanki özüdə hara getdiyini bilmirmiş kimi pilləkənlə yuxarı mərtəbəyə addımlamağa başlamışdı. Özümə əngəl ola. bilmirdim sanki, içimdən bir səs "onun ardınca get deyirdi ".Onun arxasınca getməyə başlamışdım. Ən yuxarı mərtəbəyə qədər qalxmışdı, mən isə orda nə edəcəyini bilmək üçün uzaqdan seyredirdim.Qəfildən balkonun lap qurtaracağında dayanmışdı.Deyəsən intahar etmək istəyirdi axmaq qız.

Ayan "Hər kəsdən uzaqda bir az nəfəs almaq məni Özümə gətirər bəlkə.Yüksəklik qorxum olmağına baxmayaraq bura necə gəldim özümdə bilmirəm .Atamın vəziyyəti getdikcə pisləşir, anamsa indidən əldən düşüb.Neyləyəcəm mən? Heç kim bir anda mənə o qədər pulu verməz.Banka anamdan gizli müraciət etsəmdə o qədər pulun bir anda verilməsinin mümkünsüz olduğunu bildirmişdilər.Elə bu fikirlər içində qərq olmuşkən bir anda kiminsə məni arxadan qucaqlayaraq yerə çırpdığını hiss etdim. Gözümü açanda üstümdə alnı yaralı ancaq üzdən yaraşıqlı olan, sözün əsl mənasında bir"ayı" ilə qarşılaşdım. ..





Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
601 560 606 537 432 495

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.