Möcüzəli Talehim Bölüm 18

Anar nəmli gözlərini silərək son dəfə anasının alınından öpüb otaqdan çıxır. Artıq nə edəcəyini bilmirdi. Çarəsiz vəziyyətdə qalmışdı.Anasına verdiyi sözü tutmaqdan başqa çarəsi yox idi..Ayanın bunu asanlıqla qəbul etməyəcəyini bilirdi amma zorlada olsa onunla evlənib verdiyi sözü tutacaqdı...Deyəsən Anarın içindəki canavar yenidən ortaya çıxacaqdı..
Ayan Heydər bəylə birlikdə koridorda əyləşib Anarın çıxmasını gözləyirdi.Valideynini itirmək qorxusunun nə olduğunu yaxşı bilirdi..Anara və ailəsinə əlindən gəldiyi qədər dəstək olmuşdu. Anarın otaqdan çıxdığını görüb ayağa qalxmışdılar. Gözlərinin qızardığından anlaşılırdı bir şeylərin yolunda getmədiyi...Hər ikisi sual dolu baxışlarla gözlərini Anara zilləmişdilər. O, bunu anlamış kimi təmkin olmağa çalışıb sözə başlamışdı "Anamın vəziyyəti yaxşıdı. Narahat olmayın".Heydər bəy dərindən "oh"çəksədə, Ayan bir şeylərin yolunda getmədiyini sezmişdi.Anarı qısa müddətdə yaxşı tanımışdı,əgər hər şey yaxşı olsaydı bu qədər ciddi görünüş almazdı..
Anar"Ayan, gec oldu. Sürücüyə deyim səni evinə aparsın "
Ayan"İstəyirsinizsə qala bilərəm, ən azından Samirə xalaya baş çəkərdim"
Anar"Yox, lazım deyil. Evə get. Anama sonra baş çəkərsən, indi istirahət etməlidi".Anarın kobud danışığı Ayanın qəlbini sındırsada stressdən qaynaqlandığını düşünüb üstünə getmək istəmirdi. Heydər bəy Ayanın incidiyini görüb aradakı gərginliyi qaldırmaq istəmişdi "Qızım evdəkilər narahat olar birdən. Get, gözlətmə.Sabah gəlib görərsən Samirəni. Bizi çətin vaxtımızda tək qoymadığın üçün çox sağol"
Ayan"Xoşdu, Samirə xalanı Anarın valideyni olduğu üçün yox,həqiqətən xalam qədər sevdiyim üçün burdaydım "deyib Anara üstüörtülü ox atmışdı..Biraz sonra sürücü gəlib Ayanı xəstəxanadan götürmüşdü..Ayan başını maşının şüşəsinə söykəyib gün boyu olanları düşünürdü. Son 2 ayda həyatı filmlərdə gördüyü hadisələrlə bəzənmişdi sanki..Atası xəstələnəndən, Anarla qarşılaşdığı gündən bəri başına gəlməyən olay qalmamışdı...
Həlimə saatın 8 olduğunu görüb narahat olmağa başlamışdı.Kənanında ağlı onun yanında qalmışdı. Həlimə Sevdayla birlikdə çıxdığını desədə Kənan onun Anarın yanına getdiyini təxmin edib dəliyə dönürdü.Dalbadal 5 dəfə zəng etsədə Ayan xəstəxanada olduğundan telefonu açmayıb, zəngi səssizə almışdı..Artıq anasınında narahat olduğunu görüb bu səfər Sevdaya zəng etməyi planlaşdırmışdı...
Sevda və ailəsi masa arxasında əyləşib axşam yeməklərini yeyirdilər. Hər nə qədər Rasimlə qarşılaşmaq istəməsədə eyni evin içində yaşadıqlarından bu mümkünsüz idi. Başını aşağı salıb sakitcə yeməyini yeyirdi ki,cibindəki titrəyən telefon onu narahat etmişdi. Rasim telefonun çaldığını hiss edib ona tərs baxışlarla baxmağa başlamışdı..Sevda zəngin Kənandan gəldiyini görüb ayağa qalxaraq otağa keçmişdi.Keçən günki olaydan sonra araları yaxşı deyildi..Ayanla bağlı zəng etdiyini təxmin edirdi ancaq o çoxdan evlərində olmalıydı, Anarın ofisinə getməyindən düz 5 saat ötürdü.Ayana olub-bitələri xəbər verməsini tapşırsada səs-soraq çıxmamışdı..
Sevda"Eşidirəm Kənan'
Kənan"Salam, Ayan hələ səninlə bir yerdədi? "
Sevda"H-hə,yəni bir yerdəydik, biraz olar çıxdı "
Kənan"Zənglərimə niyə cavab vermirdi bəs?"
Sevda"İşimiz var idi, aça bilmədi "
Kənan"Oldu, sağol. Narahat idik onun üçün"
Sevdada artıq narahat olmağa başlamışdı..Bu qız bu saata qədər gecikməməliydi axı. Son çarə whatsapla mesaj yollamağı qərara almışdı..
Ayan gün boyu yaşadığı yorğunluq ucbatından göz qapaqlarını güclə ayıq saxlamışdı. Bir an öncə evə çatıb doyunca yatmaq istəyirdi sadəcə. Telefonun tirədiyini görüb mesajı açmışdı. "Ayan, hardasan? Kənan zəng etmişdi, bayaq çıxdığını dedim. Çox narahatam cavab yaz" Ayan mesajı oxuyub əlinin içini alnına çırpmışdı. Xəstəxanada gələn zəngləri cavablandıra bilmədiyindən yolda zəng edib xəbər verməyi planlaşdırmışdı amma yorğunluqdan onuda unutmuşdu.İlk dəfəydi belə məsuliyyətsizlik edirdi, evdəkiləri nigaran qoymuşdu.Sevdaya "Evə gedirəm, sabah baş verənləri danışaram "deyə cavab yazıb evə çatmağa tələsirdi...Sevda Ayandan cavab gəldiyini görüb azda olsa rahatlamışdı..
Anar Heydər bəyi evə yollayıb gecə anasının yanında qalmışdı. Tibb bacısı iynə vurduqdan sonra Samirə dərin bir yuxuya getmişdi.Bu qədər vaxt xəstələyini necə hiss etməmişdilər deyə Anar düşünüb, özünü günahlandırırdı.Onsuzda sevdiyi qadının birini itirmişdi,ikincini itirməyə artıq dözə bilməzdi.Samirə güclü qadın idi, bununda öhtəsindən gələ bilərdi amma O nədənsə müalicə almağı rədd edib, ölümü seçmişdi..Anargilə heç nə bildirməmək üçün əlindən gələni edir, ancaq ağrılarını dindirmək üçün ağrıkəsici qəbul edirdi.Bəlkədə bildiyi gerçəklər artıq boynuna ağır yük olduğundan, çəkdiyi vicdan əzabını sonlandırmaq üçün ölümü seçmişdi..
Ayan sonunda evə çatıb cəld maşından enmişdi. Sürücünün getməyini gözləyib sonra qapını açarla açıb evə daxil olmuşdu. Həlimə qapının açıldığını eşidib mətbəxtən çıxmışdı.
Həlimə"Şükür Allaha gələ bildin. Hardaydın bu vaxta qədər? "
Ayan"Ana, dedim axı Sevdayla gəzməyə gedirik "
Kənan masadan qalxaraq Ayana tərəf yaxınlaşmışdı. Onu belə töküntülü vəziyyətdə görüb yalan dediyini anlamışdı "Bu vəziyyətdə gəzirdin şəhəri? Ev ayaqqabısı və dağınıq saçlarınla? "
Həlimə"Ayaqqabılarının evdə qaldığını görüb səslədim amma eşitmədin "
Ayan"Şey..Özümü lap məhkəmə zalındakı məhkumlar kimi hiss etdim. Evdən çıxanda fikir verməmişəm sonrada gəlib dəyişməyə ərindim. Onsuzda mən kompleksiz insanam, unutdunuz deyəsən "
Həlimə"Off, dəli balam. Bir gün öldürəcəksən məni "
Ayan"Nəysə, mən yorulmuşam ana. Gedim yatım. Xəbər vermədiyim üçün üzr istəyirəm, başım qarışıq idi...Atam hanı bəs? "
Həlimə "Dostu qonaq çağırmışdı, ora getdi.Get yat"
Ayan anasının yanağına şirin öpüş qondurub otağına çıxmışdı.Yatağına uzanıb yorğunluğunu çıxarmağa çalışırdı. Amma bir ağlı hələdə Anarın yanında qalmışdı, onunla niyə kobud davrandığını anlamırdı. Anası xəstə olduğu üçün kimləsə belə danışmağa haqqı yoxdu deyə keçirmişdi içindən. Bu fikirlərə qapılıb özünü dərin yuxunun qollarına təslim etmişdi...
Anar səhər gözünü palatadakı kresloda açmışdı. Yeri narahat olduğundan boynu tutulmuşdu.Ufuldayaraq əlini boynuna qoyub anasına tərəf çevrilir, hələ də yatdığını görüb asta addımlarla otaqdan çıxır. Saatın 11 olduğunu görüb yeməkxanaya enib anası üçün nahar yeməyi hazırlayır.Yuxarı çıxıb masanın üstünə qoyur padnusu..Biraz sonra tibb bacısı xəstəni yoxlamaq üçün içəri daxil olur, hələ də yatdığını görüb çıxmaq istəyirdi ki,Anarın hazırladığı səhər yeməyi onun diqqətini cəlb edir. "Gərək əziyyət çəkməzdiniz,Samirə xanım oyananda biz özümüz həll edəcəkdik "
Anar"Eybi yox, anama qulluq etmək mənim üçün xoşdu"
Tibb bacısı gülümsəyərək otağı tərk edir.
Heydər bəy səhər oyanan kimi birinci şirkətə baş çəkir. İşləri Anara həvalə edəndən gec-gec gedirdi artıq.Anarın etdiyi iclaslar və imzaladığı sənədləri yoxlayıb, işçilərə təlimat verib xəstəxanaya yönəlir. Palataya girəndə Anarın üz-gözünün şişdiyini görüb dilxor olur. Vəziyyət ona şübhəli gəlsədə həkim Samirənin yaxşı olduğunu bildirmişdi. Nə qədər təkid etsədə Anarı yola gətirə bilmirdi.
Heydər"Biraz böyük sözü dinlə. Nə vəziyyətdəsən! Dünəndən həlakın çıxıb. Get evə dincəl biraz"
Anar"Yox ata. Anamı belə vəziyyətdə qoyub heç hara gedən deyiləm "
Heydər"Axı ananın ciddi bir şeyi yoxdu. Uzağı 1 günə evə yollayarlar. Dünən Ayanada kobud davrandın,gözümdən qaçdı sanma. Get könlünü al qızcaģazın "
Anar Ayanın adını eşitdikdə Dünən anasına verdiyi sözü xatırlayır. Dərdi yenidən təzələnmişdi. Zorla razılaşıb evə yollanır. Soyuq duş qəbul edib ilk öncə Səlimə zəng edir. Səlimin başı iclaslara qarışdığından 1 həftədir görüşmürdülər. Evdə televizora baxıb istirahət edirdi ki,Anarın zəng etdiyini görüb telefonu açır"Anar bəy??Gün hardan doğdu belə? "
Anar"Səlim,vaxtın varsa görüşə bilərik? "
Səlim "Əlbəttə, nəsə baş verib? "
Anar"Evdəsən? "
Səlim "Aha, gəl istəyirsənsə "
Anar"Yaxşı, gələn də danışarıq "deyib yola düşür. Hal-hazırda dərdini danışıb məsləhətləşə biləcəyi tək insan Səlim idi..Onlar dostdan əlavə qardaş kimi idilər. Səlim yaxşı gün yox pis günün dostu idi...Anar nəhayət Səlimin yaşadığı evə çatmışdı.Zəngi basmışdı ki,Səlim pəncərədən gəldiyini görüb dərhal qapını açmışdı. Görüşdükdən sonra onu içəri dəvət edib çaya qonaq etmişdi. Anarın kefsiz olduğu hər halından bəlli idi.
Səlim"Nələr baş verdiyini danışmayacaqsan? "
Anar"Səlim anam, anam xəstədi "
Səlim "Necə yəni? nəyi var? "
Anar başından keçən bütün olayları Səlimə danışır, Səlim isə heyrətlə qulaq asırdı.
Anar"Məndən son istəyidi..Ayanla evlənməkdən başqa çarəm yoxdu..".
Səlim "Bəs Ayan...O istəməsə?"
Anar"İstəməlidi! Başa düşürsən başqa çarəm yoxdu!Bilirəm mənə nifrət edəcək...Amma anamın son istəyini yerə sala bilmərəm.."
Səlim"Anar,kaşki vaxtında bu işdən vazkeçəydin...Ayan ölsədə evlənməz..Oyunu qurtarmaq üçün gün sayırdı bilirsən "
Anar"Bilirəm, lənət olsun bilirəm! Mən işin bu yerə gələcəyini təxmin etməmişdim axı. Evlənəndən sonra boşanacayıq onsuz, bu anlaşmalı evlilik olacaq "
Səlim"Nə olursa -olsun, Ayan istəmədiyi bir şeyi əsla etməz"
Anar"Məcbur qalarsa edər!"
Səlim "Ağlında nə var? Yox Anar, qızı incidəcək nəsə etmə!"
Anar"Sən qarışma Səlim !"
Səlim "Necə yəni qarışma? Göz görə-görə sevdiyin qızı incitməyinə izin verim? "
Anar"Onu sevdiyimi sənə kim dedi? "
Səlim"Kiminsə deməyinə ehtiyac yoxdu,gözlərindən oxuyuram "
Anar"Elə bir şey yoxdu!Mən gedirəm"
Səlim"Anar dayan"desədə Anar çoxdan maşınına minərək ordan uzaqlaşmışdı.Ayana zəng edərək ona hər şeyi açıqlmağı düşünürdü. Bu iş olacaqdı, ya xoşuyla yada Zorla!
Anar"Ayan necəsən? "
Ayan"Yaxşıyam sağol Sən? Samirə xala necədi? "
Anar"Mən də onu danışmağa üçün zəng etmişəm...Vaxtın varsa bizə gələ bilərsən? "
Ayan"Gələrəm, nəsə olub deyəsən..1 saata sizdəyəm"
Ayan cəld geyinib evdən çıxmışdı.Onu gözləyib acı sürprizlərdən xəbərsiz..Bu səfər Anara qarşı hiss etdiyi məsum sevgi tam anlamıyla "nifrətə "çevriləcəkdi...
P.s.HekayəniQueen paylaşmır dərsləri ilə əlaqədar girə bilmr mənə tapşırıb sayta verib çıxıram mən.