Möcüzəli Talehim Bölüm 31
Nəhayət şənbə günü gəlib çatmışdı. Anar Ayanın ailəsi üçün darıxdığını sezib bu gün onu evlərinə aparmağı düşünsədə sürpriz olsun deyə özünə bir söz deməmişdi...Cədvəlini təyin etdikdən sonra aşağı enərək Ayanın yanında əyləşib heyranlıqla onu izləyirdi.Ayan film seyretdiyindən Anarın yanında oturduğundan xəbərsiz idi. Hər zaman beləydi, bir işə həvəslə girişdisə gözü başqa şey görmürdü.Filmin həyəcanlı səhnəsində əlindəki popcorn sürüşərək yerə düşsədə ağzı hələ də açıq qalmaqda idi.Anar başını döndərib onu elə gördükdə gülməmək üçün özünü zor tutmuşdu. Önündəki qabdan bir ovuc popcornu əlinə alaraq qəfildən onun açıqda qalan ağzına doldurmuşdu.Ayan sanki indi ayılmış kimi iri gözlərini Anara zilləmişdi. Danışmaq istəsədə ağzı dolu olduğundan bunu bacarmardı. Anar isə özündən keçmiş tərzdə divana söykənib xısın-xısın gülürdü. Onun bu hərəkəti Ayanı sinir etməyə vadar olmuşdu.Cəld ayağa qalxaraq divanın üstündəki balaca mütəkkəni əlinə alıb Anarın üstünə hücum çəkir. Balaca uşaqlar kimi onu döyəcləyib "pis, axmaq"deyə deyinsədə Anar hələ də qarnını tutaraq gülür bir tərəfdən də"yaxşı, vurma"deyə səslənirdi. Sonunda ayağa qalxaraq Ayanla üzbəüz dayanıb əlindəki mütəkkəni bir xışımla əlindən alır.Onun üzünə düşən saçlarını arxaya verərək belindən tutub özünə tərəf çəkir. İlıq nəfəsini əsəbdən qızarmış üzünə verərək qulağına"Əsəbi olanda daha çox xoşuma gəlirsən"deyə pıçıldayır. Ayan onun bu sözlərindən utanıb qolları arasından çıxmağa çalışsada bacarmırdı. Kiçik bədəni Anarın iri əzələli qolları arasında itib-batmışdı sanki. Bir neçə saniyə belə qaldıqdan sonra Anar onun burnuna biçik bir öpüş qondurub geri çəkilmişdi. Ayanın dili topuq vursada güclə dillənir "N-nə etdiyini sanırsan? Sənin üzündən film yarımçıq qaldı"
Anar istehza dolu gülüşlə meyvə qabındakı almalardan birini dişinə keçirərək ona göz vurur. Onun heç nə olmamış kimi davranması sinir edici olanda Ayan dərindən nəfəs alaraq onu eşitməzlikdən gəlirdi.
Anar'Hazırlaş, yarım saata gedirik"
Ayan"Mən heç yana getmirəm"
Anar"Hara getdiyimizi bilsən belə demərsən heç.Səni atangilə aparıram. Yəqin darıxmısınız bir-biriniz üçün"
Onun dilindən düşən son sözlər Ayan üçün dünyalara bərabər idi. Ailəsi üçün burnunun ucu göynəyirdi. Özündən asılı olmadan Anarın boynuna atılıb"Çox sağol"deyə körpələr kimi sevinirdi. Anar ona qarşılıq verərək bərk-bərk qucaqlayıb "bir şey deyil balacam"dedikdən sonra Ayan indi etdiyinin fərqinə varmış kimi cəld qollarının arasından çıxaraq"5 dəqiqəyə hazır olaram"deyib otağına tərəf qaçır. İçəri girdikdə əlini sürətlə döyünən ürəyinin üstünə qoyur..
1 saat sonra..
Həliməgil Ayanı böyük təntənəylə qarşılayıb evin baş küncündə əyləşdirirlər. İlk dəfə görürmüş kimi sorğu-suala tutur üz-gözündən öpürdülər. Ayan onların arasında oturub şirin söhbət edirdi, ailəsini görmək onun üçün çox sevindirici olmuşdu. Anar isə masada əyləşərək pürrəngi çayını içir bir tərəfdən də telefonla mesajlaşırdı. Onun telefonla oynaması Ayanın gözündən yayınmamışdı..
Ayan"Anar,Səlimlə danışırsan?"
Anar"Yox, həyatım. İşlə bağlıdı"
Artıq qısqanclıq Ayanın bütün bədənini sarmışdı. Onun kimlə danışdığını öyrənməmiş rahatlıq tapa bilmirdi.
Ayan"Nə işi? "
Həlimə"Ay qız, evləndiyiniz heç 10 gün olmayıb indidən başlamısan qısqanclığa"
Ayan"Kim m-mən, Yox,nə qısqnanclıq"
Rüstəm"Yaxşı, dalaşmayın. Həlimə süfrəni düzəlt, uşaqlar acdılar yəqin yemək yesinlər"
Anar"Yox, Rüstəm əmi sağolun. Axşam iş görüşməsinə getməliyəm.Amma Ayan istəyirsə qala bilər'
Ayan"Yo-yox; başqa vaxt qalaram. Məni evə qoy"
Əslində evlərində qalmaq istəsədə içindən Anarın gecə başqa qadınlarla birlikdə olmaq üçün izin verdiyini sanıb dəliyə dönürdü.Onun tərs baxışları Rüstəmin gözündən yayınmamışdı, aranı yumşaltmaq üçün söhbəti dəyişdirmək istəyirdi"Qızım dərslərin necə gedir? "
Ayan"Yaxşıdı atacan. Narahat olma"
Həlimə"Sən gedəndən Sevda da gəlmir bizə, unutdu bizi"
Ayan"Yazıq qız vaxt eləyə bilir ki,onsuz atasının xasiyyətinə bələdsiniz "
Rüstəm'Bilirik qızım, zarafat edirdi anan. Rasim çox qəddar kişidi"
Həlimə"Allah eləsindən saxlasın...Heç Kənanda gəlmir neçə vaxtdı. Toyada gəlməmişdi, nə arayır nə soruşur. Sanki bizi heç tanımır. 1 il eyni evdə çörək kəsmişik"
Kənanın adını eşitdikdə Ayanın rəngi qaçmışdı,toy günü yaşanan olaylar yenidən gəlib keçirdi gözünün önündən. Anarın isə içdiyi çay boğazında düyünlənmişdi.Hirsini biruzə verməmək üçün ayağa qalxıb üzünə saxta gülüş yerləşdirir."Mən gedim, görüşə gecikərəm birdən. Ayan istəsən qala bilərsən "
Rüstəm"Oğlum niyə qalxdın? Oturmuşduqda"
Anar"Başqa vaxt gələrik Rüstəm əmi "
Ayan"Gözlə, mənidə evə qoyarsan"
Ailəsiylə görüşdükdən sonra maşına minib yola düşmüşdülər. Anarın tez-tez qol saatına baxması Ayanın qısqanclıq damarını daha da gərirdi. Dilinin altında"Allah bilir hansı ləçərin yanına tələsirsən "deyə söylənirdi.
Anar"Nəsə dedin? "
Ayan"Yox, Nəsə deməliyəm ki?"
Anar'Ooo, çox aqresivsən. Nə olub yenə madmazel? "
Ayan"Mənə madmazel demə!pis yalançı"
Anar"Nə yalançılığımı görmüsən? "
Ayan"Guya bilmirsəndə...Hara gedirsən indi? "
Anar"Dedim axı görüşə "
Ayan"Deməli görüşə!Axır ki,boynuna aldın! Bayaqdan iş görüşməsiydi, indi görüş oldu!"
Var gücüylə qışqırıb aləmi bir-birinə qatsada Anar sakitcə onun üzünə baxıb sonda qəhqəhə çəkmişdi. Ayan onu bu gün ikinci dəfəydi ki,belə güldürürdü.
Anar"Əzizim, həqiqətən iş görüşməsinə gedirəm. Hətta dünən axşam yanında danışdım telefonla unutdun? İndi isə icazənlə mən gedim, o qədər danışdın ki,evə necə çatdığımızı hiss etmədim "
Ayan utanmış tərzdə maşından enib evə daxil olmuşdu. Etdiyi dəliliyə özüdə inana bilmirdi. Axı niyə onu belə qısqanırdı? Niyə Anarın hər toxunuşunda özünü itirirdi? ..
Gülşən restoranda əyləşib Anarın yolunu gözləyirdi.Ürəyi şiddətlə döyünür, əlləri əsirdi. Sonda sevdiyi adamı yaxından görəcəkdi.3 ildir həsrət qaldığı qoxusunu doya-doya içinə çəkəcəkdi..Anar onu tanımasa belə ona özünü yenidən sevdirəcəkdi..Bunu bacarmalıydı..Restoranın şüşəsindən Anarın gəldiyini görüb dərindən nəfəs alır. Onun içəri daxil olduğunu görən kimi əl edərək burda olduğunu bildirir. Anar sürətli addımlarla ona tərəf gedərək əlini sıxır. Gülşən Onun əlini heç buraxmaq istəməsədə məcburən buraxaraq yerində əyləşir. Sifarişləri verdikdən sonra isə şirin söhbət başlayır.
Anar"Sizin firmanızla yaxından maraqlandım Leyla xanım. İstehsal olunan paltarlar çox zövqlə işlənib.Bizim mağazalarımız bildiyiniz üzrə çox məşhurdu, müştərimizdə çoxdu "
Gülşən"Əlbəttə bilirəm. Məlikovlar ailəsini və mağazalarını tanımayan yoxdu"
Anar"Bağışlayın ,sizi hardansa tanıyıram sanki"
Gülşən"Yəqin ki,kiməsə oxşatdınız"
Anar"Ola bilər..Sabah şirkətdə layihəyə imza atarıq"
Gülşən"Olar əlbəttə"
Anar"Qalxa bilərik? "
Gülşən"Tələsirsiniz deyəsən"
Anar"Yox, yoldaşım evdə təkdi on a görə"
Onun Ayanı fikirləşməsi Gülşəni sinir etsədə biruzə verməməyə çalışırdı, Onsuzda indidən aralarını pozmaq üçün planlar qururdu
Birlikdə restoranın qarşısına gəlib sağollaşırdılar ki,Anarın gözü maşının partlayan təkərlərinə ilişmişdi.Gülşənin əmriylə adamları onun maşınının təkərlərini bıçaqla kəsib partlatmışdılar.Anar İriləşmiş gözləriylə tez yaxınlaşıb təkərləri gözdən keçirirdi, 4 təkərin hamısı bir-bir kəsilmişdi. Hirslə əlini baqaja çırpıb dilinin altında deyinirdi. Gülşən xəbəri yox imiş kimi ona yaxınlaşıb yazıq sifət alır.
Gülşən"Anar bəy sizə necə kömək edə bilərəm? "
Anar"Sağolun Leyla xanım, özüm həll edərəm. Yəqin uşaq-muşağın işidi. Bu boyda işçi hara baxïr bilmirəm"
Gülşən "Əsəbləşməyin,hamının başına gələ biləcək bir şeydi bu.Xahiş edirəm gəlin, aparım sizi. Maşını sabah gəlib həll edərsiniz, yoldaşınız gözləməsin sizi"
Anar "Yaxşı, sizə də əziyyət verdim"
Gülşən "Nə əziyyət, xoşdu"
Anar hər şeydən Gülşənin yanında əyləşib yola düşür. İndi fikirləşdiyi tək şey Ayan idi ,axşamlar evdə tək qorxduģunu yaxşı bilirdi.Gülşən isə istədiyinə nail olmuşdu, onların arasını açmaq üçün hər şeyi edəcəkdi. Anarın tərif etdiyi yolları yaxşı yadında saxlamağa çalışır,Ayanın onları birgə görməsi üçün içindən dua edirdi. Sonda evə gəlib çatmışdılar. Ayan maşın səsini eşidən kimi eyvana çıxıb pərdələri aralayır. Maşının tanış olmadığını görüb ürksədə içindən Anarın endiyini görüb rahatlayır. Gülşən onunla birlikdə enib yanına gəlir. Ayan qadını tanımadığından təəccüb və əsəblə olub-bitənləri seyredirdi. Anar Ayanı görməsədə Gülşən eyvandan onlara baxdığını sezmişdi. Anarın arxası evə tərəf olduğundan Ayanı görməmişdi, bu saatda oyaq qalmaz deyə fikirləşirdi. Gülşənlə əl sıxışıb ona təşəkkürünü bildirirdi ki,onun yalandan ayağını büdrətməsiylə yıxılacağını zənn edib qolları arasına alır. Aralarında,dodaqları arasında çox az məsafə qalmışdı, Gülşən gözlərini ona zilləyib öpməmək üçün özünü güclə tuturdu. Sonda Anar xəfifdən öskürərək onu özündən aralayır.
Anar"Ehtiyyatlı olun, yıxılarsınız"
Gülşən "Hə,üzr istəyirəm. Biraz diqqətsizəm..Mən gedim gecəniz xeyrə"
Üzündəki məmnuniyyət dolu ifadəylə qaza basaraq ordan uzaqlaşsada ağlı hələ Anarın yanındaydı.Ayanın onları o vəziyyətdə gördükdən sonra araları açılacağına adı kimi əmin idi. Nə olur-olsun bu evlilik tez bitməliydi.Anar onu yola saldıqdan sonra evə girmək istəyirdi ki,eyvanda duraraq ona nifrət dolu baxışlar yağdıran Ayanla qarşılaşır. Yenə hər şey məhv olmuşdu. Ayan hirslə pərdəni çəkərək otağının qapısını kilidləyir. Yatağına çökərək yanağına düşən göz yaşlarını silir. Əvvəllər ağlamağa nifrət edən insan indi hər qəlbi incindiyində göz yaşlarına təslim olurdu..
Anar qaçaraq yuxarı çıxıb dil töksədə Ayan qapını açmırdı.
Anar"Ayan xahiş edirəm aç qapını..Heç nə göründüyü kimi deyil"
Ayan"Get, yatıram. Məni maraqlandırmır,özün bilərsən"
Anar"Bax, inad etmə. Gəl bir yerdə həll edək problemləri"
Ayan"Problem zad yoxdu ortada, get"
Anar"Problem yoxdu hə? Ona görə özündən belə çıxıb otağa kilidlənirsən hə?"
Sonunda onun damarına basmağı bacarmışdı. Ayan cəld göz yaşlarını silərək qapını açıb onunla burun-buruna dayanır. Tez-tez nəfəs alış -verişi və sərt baxışları Anarı ona heyran buraxırdı..
Anar"İnadçı keçi..Niyə belə edirsən hə, gözəlim? "
Ayan"Mən heç nə etmirəm, sən get o qadınla fingirdəş"
Anar"aaxaxxa. Neynəyim? Ayan bax,o qadın iş ortağımdı.Maşınımın təkərləri partladığından məni evə o qoydu..Az öncə yıxılmasın deyə tutdum"
Ayan"Gördüm necə tutduğunu..Nəysə gecən xeyrə"
İçəri girərək yenidən qapını Anarın sifətinə çırpır. .Ona inansada o qadından gözü su içməmişdi..Ayan insan sərrəfaydı, bir insanı gözu tutmazdısa mütləq axırda bir şeylər baş verərdi..
Bu axşamki sürprizlər deyəsən heç bitməyəcəkdi..Sevda otağında get-gəl edib masanın üzərindəki testə baxırdı. İçində Allaha yalvarır, ona belə biabırçılıq yaşatmaması üçün dua edirdi. Testə baxmağa qorxsada Sonunda cəsarətini toplayıb əlinə alaraq gözləri bərələ şəkildə yerində dikəlmişdi...Bu,bu ola bilməzdi..Cavab pozitiv çıxmışdı..Evdəkilər eşitməsin deyə əlini ağzına tərəf tutaraq hıcqırırdı.Əlini qarnına tərəf aparıb hər şeydən xəbərsiz, məsum körpəsini oxşayırdı.Bu uşaq dünyaya gəlsə onun fəlakəti olardı.."Bağışla məni bəxtsiz körpəm"deyə pıçıldamışdı..






