Möcüzəli Talehim Bölüm 29
Ayan maşının qapısını açmağa çalışsada alınmırdı.Pəncərəni döyəcləyib"kömək edin"deyə bağırsada səsi kənardan eşidilmirdi.Kənan isə üzündəki məmnuniyyət hissi ilə rol arxasına əyləşmək istəyirdi ki,boynunda hiss etdiyi əllə irkilmişdi. Arxaya döndükdə heyrətlə yerində donmuşdu, Anar qızmış buğalar kimi onunla burun-buruna dayanmış;əlini yumruq halında birləşdərərək qəfildən Kənanın yaxasına yapışmışdı.Ağzını açmağa imkan verməmiş yumruqları arxa-arxaya ilişdirib onu yerə sərmişdi. Kənan müqavimət göstərməyə çalışsada alınmırdı. Anar nalayiq ifadələr işlədərək qarın nahiyəsinə təpiklər endirirdi.Ayan başını qaldırıb çöldəki mənzərəylə qarşılaşdıqda başından-aşağı qaynar su tökülmüşdü sanki.Güclədə olsa gəlinliyin ətəyindən yapışaraq qabaq oturacağa keçib Kənanın az öncə açıq qoyduğu qapıdan yerə enməyi bacarmışdı.Qaçaraq Anarın qolundan tutub onu dayandırmağa çalışsada xeyri olmurdu. Anar bir əliylə onu kənara itələyib yenidən Kənanın üstünə hücum çəkmişdi. Yaxasından tutaraq ayağa qaldırıb var gücüylə qışqırırdı,"Alçaq! Toy günümdə mənim arvadımı qaçırmağa cəhd edirsən? Səni gəbərdəcəm"
Kənanın artıq ayaqda duracaq halı qalmamışdı. Aldığı zərbələr nəticəsində bədəni göyərmiş, üz-gözü qan içində qalmışdı.Ayan ağlayaraq qışqırïb fəryad edirdi"Anar qurban olum bırax, öldürəcəksən onu"
Anar Ayanın göz yaşları qarşısında acizləşmişdi sanki.Söz vermişdi özünə, bir daha onu ağlatmayacaq deyə..İndi onun bu halını gördükdə içində bir şeylər qopub düşmüşdü sanki..Əlini Kənanın yaxasından çəkərək Ayana tərəf yaxınlaşıb onu yerdən qaldırmışdı. Əliylə göz yaşlarını bircə-bircə silərək onu bərk-bərk sinəsinə sıxır.."Keçdi "deyə fısıldasada içindəki qəzəb hələ də onu boğmaq idi..Kənan isə yerdə halsız vəziyyətdə uzanıb öskürürdü. Onun bu halı Ayanın qəlbini incitsədə əlindən bir şey gəlmirdi..Hələ də özünü yuxuda sanırdı..Dost dediyi insan az öncə onu qaçırmaq istəyirdi. Ya Anar gəlməsəydi?Onda bu işin axırı necə olacaqdı..Anar alnını Ayanın alnına dayanıb nəfəs alış-verişini tənzimləyirdi. Qəfildən yerdə uzanan Kənana tərəf çevrilib qəzəb dolu baxışlarıyla hayqırmışdı."Birdə səni Ayanın yaxınlığında görsəm səni heç kim ala bilməz əlimdən. İndi rəddol get bu həyətdən"
Kənan intiqam baxışlarıyla güclə ayağa qalxıb maşınına əyləşmişdi.Bütün bədəni ağrı-sızı içində idi.Əslində istəsə Anara qarşılıq verə bilərdi ancaq özünü itirdiyindən müqavimət göstərə bilməmişdi. Ayanın yenidən onun yanında olduğunu düşünüb dəliyə dönsədə çarəsizlik onun əl-qolunu bağlamışdı.Vəziyyəti ağır olduğundan maşını mərkəzi xəstəxanalardan birinə doğru sürürdü..
Ayan həyətdəki ağacın altında əyləşib başını Anarın çiyninə qoymuşdu.Göz yaşı axaraq makiyanı dağıtsada özünə əngəl ola bilmirdi.Anar isə saçlarına sığal çəkərək onu sakitləşdirməyə çalışırdı.Birdən Ayan ağlına nəsə gəlmiş kimi yerindən sıçrayıb onun qarşısında dayanmışdı.
Ayan"Anar, 2 saat sonra toy başlayır, biz isə hələ də burdayıq"
Anar"Dərd etmə, Sevda birazdan gələcək, düzəldər makiyajını"
Ayan"Necə belə rahat ola bilirsən? Yaxşı ki,gəlinliyimə nəsə olmadı hələ...Bu olanlara inana bilmirəm, o mənim dostum idi..Belə şeyi necə edər axı"
Anar"Birdə o adamın adını ağzına almayacaqsan. Eşitdin? ?! Onsuzda gözüm su içmirdi ondan. Allah bilir gəlib çatmasaydım nələr edəcəkdi sənə"
Ayan"Anar xahiş edirəm gəlmə üstümə..Birdə sən nəyə gəlmişdin? Yəni onun burda olduğundan xəbərin var idi? "
Anar"Telefona cavab vermədiyini görüb narahat oldum, ona görə gəldim Ayan xanım!Həyətin arxasından qışqırıq səsləri eşidən kimi tok vurdu sanki məni...Evdəkilər hanı bəs, yatıblar? Mən olmasam o hərif səni əlini qolunu sallaya-sallaya götürüb aparacaqdı? "
Ayan'Səsinin tonunu al bir zəhmət. Dayım Rusiyadan qonaq gəlib bizə, başları qarışıqdı. Mənim həyətdə olduğumdan xəbərləri yox idi həm də"
Anar"Necə? birdə xəbərsiz gəlmişdin o oğraşın yanına?"
Ayan'Anar!"
Anar"Nə Anar? Nə? Haqsızam "
Elə bu an Həlimə həyətdə Ayanı səsləyib onlara tərəf addımlamaqda idi. Ayan cəld yerindən ayağa qalxıb şişmiş gözlərini gizlətməyə çalışırdı.
Ayan'Anama Kənanla bağlı heç nə demə "
Anar"Niyə? nə mal olduğunu öyrənərlər deyə?"
Ayan"Şş, sakit ol,eşidər birdən"
Həlimə onların ikisini bir yerdə görüb xeyli təəccüblənmişdi."Siz? burda neyləyirsiniz? Dəli qız səhərdən hər yerdə səni axtarıram "
Ayan'Hə, ana..Biz"
Anar'Həlimə xala;sizin bu qızınız mənsiz qala bilmir...Zəng eləyib uşaq kimi ağlayırdı telefonda, dayana bilmədim gəldim"
Ayan"Kim? M-mən? pis yalançı "
Həlimə"Yaxşı qırmayın bir-birinizi.Utanmırsan oğlanı işindən etməyə? Anar oğlum sən baxma ona; get.Toyun başlamasına az qalıb; işlərini həll et..Dayan görüm; sənin gözlərin Niyə qırmızıdı? ağlamısan?'
Ayan"Yo-yox, niyə ağlayım ki"
Anar"Yalan deyir Həlimə xala;bayaqdan hönkür-hönkür ağlayırdı həyətin ortasında"
Ayan"Anar,nə etdiyini sanırsan"demişdi göz ağardaraq. Onun Kənanla bağlı baş verənləri deyəcəyindən qorxurdu.
Anar'Hə; hə.Inciməyin amma sizin bu qızınız çox sulugözdü."Mən evimdən ayrılmaq istəmirəm"deyib uşaqlar kimi zırıldayırdı"
Ayan onun bu sözündən sonra rahatlasada Həlimə xısın-xısın gülməyə başlamışdı.
Həlimə"Ah gənclik ah"
Ayan"Ana sən də gəncsən də"
Həlimə"Yalan deməyi heç bacarmırsan...Nəysə, başım qarışdı söhbətə,Sevda gəlib səni gözləyir"
Ayan"Nə? Bunu bayaqdan niyə demirsən? Gəl gedək"
Anar"Mən də gedim artıq, onsuz birazdan geri qayıdacam"
1 saat sonra
Sonunda Sevda Ayanın makiyanı bitirmişdi.Qıraqdan ona baxıb "vayy"deyə ağzı açıq şəkildə seyretsədə Ayanın üzü hələ də gülmürdü.Sevda onun üzərindəki gərginliyi hiss edib səbəbini soruşsada Ayan tərəddütlə heç nə olmadığını bildirirdi..Biraz sonra aşağıda eşidilən musiqi səsiylə hər ikisi irkilmişdi.Həlimə qaçaraq otağa girib "gəldilər"deyəndən sonra Ayan son dəfə güzgüdə özünə baxıb dərindən nəfəs alır.
Anar bəy maşınından enib kameraların müşayiəti ilə yuxarı otağa keçir. Ayana göz vuraraq yanında yer alıb Rüstəm kişinin xeyir-dua verməsini gözləyir.Samirə əlindəki qızıl üzükləri Ayanın qulaqlarına taxıb alnından öpür. Anarın qardaşı olmadığından lentanı bağlamaq Səlimə düşûrdü. Sedanın uzatdığı lentanı Ayanın belinə bağlayaraq onlara xoşbəxtlik diləyir. Anar Sevdanı işarət edərək ona"sənə də qismət"deyə yavaşdan pıçıldayır.Nüsrət Rusiyadan Ayan üçün gətirdiyi qolbağı ona hədiyyə edərək alnına öpüş qondurur. Dayı istəkli olar deyirlər, Nüsrətdə Ayanın xətrini dünyalar qədər istəyirdi..Sonda sıra Rüstəm kişiyə çatmışdı, Ayanı bərk-bərk qucaqlayıb xeyir-dua versədə göz yaşlarını saxlaya bilmirdi. Həliməylə birlikdə Ayanı əhatəyə alıb ailəvi şəkil çəkdirirlər. Heydər bəy aşağıda vağzalı çaldıraraq toyun başlamasına işarət verir. Ayan doğulub -böyüdüyü evə nəzər salaraq evindən ayrılır..Sanki bir daha gəlməyəcəkmiş kimi hər köşəsini incələyirdi..Bəy maşınını Səlim idarə edirdi. Sevda qabaq oturacaqda onun yanında əyləşmişdi. Yol boyu musiqi müşayiəti altında əylənir sanki gerçək evlilik imiş kimi xoşbəxt görünürdülər.Ayan belə xoşbəxt olacağını heç düşünməmişdi, sanki öz toyunda deyil əyləncə mərkəzinə gedirdi..Sevda telefonu çıxaraq şəkillər çəkdirir altından kreativ başlıqlar yazaraq sosial şəbəkədə paylaşırdı.Bu toy onunda dərdini unutdurmuşdu..Şadlıq sarayına çatdıqda fotoqraf yaxınlaşaraq şəkillər çəkir, içəri girməyə imkan vermirdi. Sonda Anar onu güclə özlərindən uzaqlaşdırıb salona daxil olmuşdu. Çox sayda insanın iştirak etdiyi toy möhtəşəmliyi ilə göz oxşayırdı.Şərab qonaqlığından sonra nigah qıyılmışdı.İmzalar atıldıqdan sonra rəsmi olaraq evli sayılırdılar. Ayan bilərəkdən Anarın ayağını tapdalayıb "buda məndən sənə unudulmaz dərs"deyə pıçıldamışdı.. Hər kəs əl qaldırıb oynayır, qohum-tanışlar sağlıq söyləyirdilər. Məşhur müğənnilərində iştirak etdiyi toy çox maraqla izlənilirdi. Hər zamanki kimi medya nümayəndələridə burada iştirak edir, canlı çəkiliş həyata keçirirdilər. Ayan artıq vəziyyətə öyrəşdiyindən heç sıxılmırdı..Bu toy ona Kənanın etdiyi xainliyi azda olsa unutdurmuşdu. Hər yadına düşəndə tükləri dimdik dururdu..Anarla birlikdə ayağa qalxıb rəqs edir, obyektivlərə poz verirdilər. Bu yalan evlilik indidən Ayanın üzünü güldürməyə başlamışdı..Tans etdikdən sonra bir-birilərinə tort yedizdirməyə gəlmişdi sıra.Bu səfər tam əksi ,Anar Ayandan qisas almaq üçün onu aldatmışdı.Tortu ona yedizdirirmiş kimi edib sonda öz ağzına qoymuşdu. Onun bu hərəkəti hamının gülüşünə səbəb olmuşdu. Ayan rəqs etməkdən bitkin düşmüşdü.Samirə ayaqda güclə dursada yenə də gülümsəyir, qonaqları yaxşı qarşılayırdı.Səlim isə Sevdanı söbbətə tutur, ona yaxın olmaq üçün əlindən gələni edirdi..Nüsrət isə biraz oynadıqdan sonra çəkilib qıraqda əyləşmiş, toyun axarını maraqla izləyirdi..Sonunda toy başa çatmış, sıra bəylə gəlini yola salmağa gəlmişdi.Hər ikisi valideynləri ilə görüşüb yola düşmüşdülər. Ayanın gözləri dolsada özünü güclə saxlayırdı..Maşın evə çatdıqda Anar onun enməsinə kömək edərək evin qapısını açmışdı. Ayan ağzı açıq şəkildə ətrafı seyredirdi, bu böyüklükdə evdə sadĕcə ikisinin qalması ona mənasız görünürdü.Anar onun yerindən tərpənmədiyini görüb sonunda dillənmişdi.
Anar'Içəri keçmək fikrin yoxdu? "
Ayan"Gə-gəlirəm..Bu böyüklükdə ev nəyə lazım idi"
Anar"Bəyənmədinsə dəyişə bilərik"
Ayan'Yox, o mənada demədim. Yəni çox böyükdü; bizə 3 otaqlı bəs edərdi "
Anar"Öyrəşəcəksən narahat olma..Otağın yuxarıda soldakı otaqdı..Get Yat, yorulmusan"
Ayan'H-hə, gecən xeyrə"
Pilləkənləri tez-tez çıxaraq otağına girmişdi. Otaq həqiqətən onun zövqünə uyğun döşənmişdi. Güzgünün önündəki çərçivələrə Ayanın şəkillərinin qoyulması onun diqqətini cəlb etmişdi. .Anar hər şeyi o qədər gözəl düşünmüşdü ki...Fikirdən ayılıb gəlinliyini açmaq istəyirdi ki,arxadakı zamoka əli çatmadığından bunu bacarmamışdı.Oflayaraq güzgünün önünə keçib deyinməyə başlamışdı.Döyülən qapı onun danışığını yarım saxlamışdı.
Anar"Gəlmək olar"
Ayan"h-hə, əlbəttə"
Anar"Kimlə danışırdın? "
Ayan'Heç,öz-özümə "
Anar'Axaxax .Öz-özünə? düz eşitdim hə? "
Ayan'Gülməli nəsə var?"
Anar yaxınlaşaraq onun üzünü əlləri arasına alır"Sən həqiqətən çox saf və məsumsan "
Onun bu sözləri Ayanın ayaqlarını yerdən kəssədə tez özünü toparlayıb arxaya addımlayır.
Ayan'Ş-şey; gəlinliyi aça bilmirdim, ona əsəbiləşdim "
Anar gülümsəyərək onu arxadan qucaqlayıb açıqda qalan kürəyinə kiçik öpüş qondurur. Ayan ürəyi yerindən çıxacaqmış kimi dayanıb onun nə etməyə çalışdığını anlamaq istəyirdi.Anar isti nəfəsini onun boynuna verib zamokonu yavaşca aşağı endirmişdi.Güclə udqunub "nəsə lazım olsa xəbər et'deyərək otağı tərk edir. Ayan onun arxasından baxa-baxa qalmışdı. Yerindən güclə tərpənib şkafdakı gecəliklərindən birini çıxaraq əyninə geyinir..Sonunda hər ikisi günün verdiyi yorğunluqdan dərin yuxuya dalmışdılar..Sabah onları gözləyən sürprizlərdən xəbərsiz..






