Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 13-02-2018, 15:38

Ölümlə üz-üzə gəldim - Keyxanım - VİDEO

Ölümlə üz-üzə gəldim - Keyxanım - VİDEO

ARB TV-nin "Boş anlar" proqramının növbəti qonağı tanınmış aparıcı Ülviyyə Əliyeva (Keyxanım) olub.

Loading.Az milli.az-a istinadən xəbər verir ki, Ülviyyə həyata baxışın dəyişdiyini və həyatı əvvəlki kimi yaşamadığını bildirib:


"Hər kəs öz həyatını özü yaşayır. Uzaqbaşı mənim dərdimə şərik ola bilərlər. May ayından etibarən mənim həyata baxışım dəyişib. O zaman ölümlə üz-üzə gəlmişdim. O anda hər şey gözümün qabağından lent kimi gəldi keçdi. Az qalmışdı ki, avtomobil qəzası olsun. Hər günümü sonuncu gün kimi yaşayıram. Bunu bacarmaq lazımdır. Bu gün nəsə etmək istəyirəmsə, onu həmin gün edirəm. Saxlamıram ürəyimdə".

Daha sonra barmağındakı üzükdən danışan aparıcı bildirib ki, hələ ki, ailəli deyil:

"Bu haqda danışmaq istəmirəm. Ailəli deyiləm. İnşallah, ailə quraram. Qadının ailəsi olmalıdır mütləq. Qadının həyatdakı missiyası yuvasının qoruyucusu olsun, uşaq böyütsün. Karyera öz yerində".


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
775 829 681 678 721 664

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.