Khalifa

Khalifa Müxtəlif 15-02-2018, 15:23

Xəbərlərə niyə şərh yazmırıq ?

Xəbərlərə niyə şərh yazmırıq ?
Xəbərlərə niyə şərh yazmırıq ?


Hörmətli sayt üzvləri bu xəbərdə istəyirəm şərh yazmaq mövzusunu müzakirə edək. Saytımızın userləri xəbəri oxuduqdan sonra o mövzu haqqında niyə şərh yazmaq istəmir ? İlk növbədə xəbəri oxuyub şərh yazmamaq müəllifə qarşı hörmətsizlikdi. Ən azından müəllif öz vaxtının bir qismini ayırıb sayta girib xəbər hazırlayır (saytdada müşahidə etmişəm əksəriyyəti məktəblilərdi mən özümdə tələbəyəm belə tək-tük adam olarki saytda bura girməkdən başqa məşğuliyyəti yoxdur). Müxtəlif bölmələrə aid mətn xəbərini hazırlamaq minimum 45 dəqiqə filan vaxt aparır (təbii ki copy paste edilənləri istisna edirəm). Müəllifdə xəbəri hazırlayandan sonra istəyərki xəbərinə şərh yazılsın təşəkkür, minnətdarlıq bildirilsin. Yəni xəbər ətrafında şərh yazmasaq da ən azından sadaladığım sözləri şərh olaraq yazmaq olar. Saytdakı bütün xəbərlərə şərh yazmalıyıq yazmamalıyıq bilmirəm amma əməyi keçənlərə şərh yazaraq təşəkkür etmək onları başqa yazılar yazmağa və fayda verməyə təşviq etmək yaxşı olar. Bu bir növdə əməyinin qarşılığını görmək kimi bir şeydi. Əslində şərhlər sayəsində xəbər dəyər qazanar. Mən sayta daxil olanda baş səhfədə hansı xəbərə daha çox şərh yazılıbsa ilk öncə həmin xəbərə daxil olub baxıram maraqlı gəlir xəbər mənə. Təəssüf ki, Azərbaycanda şərh yazma və iştirak etmək nisbəti çox aşağıdır.

Xəbəri oxuyan user xəbərə niyə şərh yazmır ?
* İnsanlar ümumiyyətlə yalnız mövzuya fokuslanarlar. Xəbərdə istədiklərini tapdıqlarında daha çox zaman itirmək istəməzlər.
* Bu bir psixoloji haldır. Belə ki, özlərini yormaq istəməzlər.
* Əgər xəbərdəki mövzu çox yaxşı izah edilmişsə, əlavə edəcək ya da razılaşmayacaq bir məqam tapa bilməzlər. Amma sayta göndərilən bütün xəbərlər mükəmməl izah olnumur mütləq əskiklikləri vardır.
* Xəbərin hamısını oxumayan insanlar da vardır və ümumiyyətlə bundan ötəri şərh yazmaq ağıllarına belə gəlmədən xəbərdən çıxarlar. Çünki Azərbaycanda oxuma vərdişi təəssüf ki, çox inkişaf etməmişdir. Bu vərdişin olmaması da şərh yazmamanın əsas səbəblərindəndir.
* Azəbaycanda şərh yazmağı zaman itkisi olaraq qiymətləndirənlər az deyil.
Şərh yazmaq mədəni bir davranışdır və həm yazıya, həm yazara, həm də digər ziyarətçilərə dəyər və fayda verər. Bunun üçün qarşılaşdığınız hər xəbərlə əlaqədar öz düşüncələrinizi şərh yazaraq ifadə etməniz çox əhəmiyyətlidir..





Ümid edirəmki bu iradlı xəbərimdən bəziləri dərs çıxarıb oxuduğu xəbərə şərh yazacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
823 772 725 725 770 729

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.