Azeko

Azeko Xəbərlər 18-02-2018, 15:51

"Whatsapp"dan daha bir yenilik MARAQLI

"Whatsapp"dan daha bir yenilik MARAQLI
"Whatsapp" istifadəçiləri yeniliklərə alışmış olsa da, bu yeni funksiya daha həyəcanvericidir. loading.az SİA-ya istinadən verdiyi məlumata görə, "Google"un eksperimental məhsullar üzərində işləyən bir hissəsi olan "Area 120" vasitəsi ilə "Ağıllı Cavabvermə" xüsusiyyətinin "Whatsapp"la yanaşı "Facebook" "Messenger" və "Wechat" kimi digər mesajlaşma proqramlarına da təqdim olunacağı deyilir.

"Ağıllı Cavabvermə" funksiyası sayəsində mesajlara yalnız bir toxunuş ilə qarşılıq vermək mümkün olacaq. Məsələn, dostunuzun "yoldasan?"? sualına sürətli "bəli" cavabı göndərə biləcəksiniz. Həmçinin, sizə göndərilən fotoşəkillərə stilinizə uyğun cavablar da təklif edilir. Bundan başqa "nə zaman evdə olacaqsan?" kimi bir sual gəldiyi zaman evə qədər məsafə hesablanaraq cavab olaraq göndəriləcək.

İstifadəçilərin yükünü azaldacaq bu proqram "Whatsapp", "Facebook Messeng
er", "Android Mesajlar", "Skype", "Twitter" və "Slack" kimi proqramlarda problemsiz işləyəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
495 558 512 453 439 453

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.