_official_

_official_ Məşhurlar 19-02-2018, 09:37

“Ögey ana” filmindəki “İsmayıl”ın dublyoru illər sonra danışdı

“Ögey ana” filmindəki “İsmayıl”ın dublyoru illər sonra danışdı

Ögey ana” filmini izləməyən çox az adam olar. Lakin filmdə bəzi epizodlarda dublyorun iştirak etdiyini az adam bilir. Təhlükəli dağa dırmanıb koldan itburnu çiçəyi toplamaq, partlayış və sairə.


Vaqif babyevin sözlərinə görə, ona təklif kino çəkilişləri zamanı gəlib. Dərs vaxtı bir qrup kino işçisi sinfə daxil olub və film üçün dublyor axtardıqlarını deyiblər. Rejissor isə xarici görünüşündə “İsmayıl”a bənzədiyi üçün onu seçib.

Filmdə həyəcanın kulminasiya nöqtəsi hesab olunan dağdan çiçəyin qopardılması və partlayış səhnəsində Ceyhun Mirzəyev yox, məhz Vaqif Babayev oynayıb.
Çəkilişlər zamanı yaddaqalan anlar da az olmayıb.

Aktyorluq təcrübəsi olmasa da, səhnələrə peşəkar kimi çəkilən Vaqif Babayev bu işə görə həmin vaxt müəyyən qonorar də alıb. Bu film daha sonra aktyor və dublyor arasında sıx dostluq münasibətlərinin yaranmasına gətirib çıxarıb.

Vaqif Babayev filmdən sonra özünü aktyor kimi sınamaq istəsə də, bəzi səbəblərdən alınmayıb. Daha sonra o, başqa ixtisas üzrə təhsilini davam etdirib. Hazırda pensiyaçı olan Vaqif Babayev uzun müddət xalçaçılıqla məşğul olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
612 546 587 564 546 559

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.