ॡ SənSiz NəFəssiZƏm ॡ


Mən yazı sevirdim sən vardın deyə
Vəfasız çıxdın sən,getdin əllərə
Getdin sən dərdlərim çoxaldı,artdı
Ürəymi boşaltdım mən sətirlərə...

Bir dəfə ürəkdən gülmədim sənsiz,
Xoşbəxtlik nədir ki,bilmədim sənsiz
Deyirdin yaşaya bilmərəm sənsiz
Indisə ayrıyıq,necə yaşarsan?

Sətirlər kədərdi,sətirlər qəmdi,
Ömrümə qar yağır,dumandı,çəndi,
Bəlkə də öləcəm,bu son nəfəsdi
Sətirlər içində itib batıram...

Ürəyim boşalmır nə qədər yazsam,
Kaş səni ömürlük qəlbimdə assam
Qəlbimin içində bir məzar qazsam
Orada basdırsam,unutsam səni...

Sən getdin şeirlər qaldı tək mənə,
Qar yağdı ömrümə bax dənə-dənə
Niyyətin getməksə söylə o zaman
Day niyə sən gəldin mənim ömrümə?

Azacıq xoşbəxtlik yaşadıq sənlə
Sonrasa xoşbəxtlik hardasa itdi
Güc gələ bilmədik biz sevgimizlə
Ayrıldıq, bizim ki beləcə bitdi.

Getsən də ömrümdən,olmasan da sən,
Susmayır bu qələm,sətirlərdə qəm
Və bil ki,qayıtsan bil ki,burdayam
Hər zaman yolunu gözləyirəm mən
Hər zaman bil səni özləyirəm mən...

Qayıtsan şübhəsiz bağışlayardım
Mən hardan bilərdim illər ötdükcə
Mən sənsiz beləcə tənha qalardım
Amma ki,yaşadım və gördüm belə

Nə isə... yenə də çox uzun oldu
Yenə də ürəyim heç boşalmadı
Yenə də sözlərim içimdə qaldı
Qoy qalsın, nə vaxtsa yazaram yenə..
Vəfasız çıxdın sən,getdin əllərə
Getdin sən dərdlərim çoxaldı,artdı
Ürəymi boşaltdım mən sətirlərə...

Bir dəfə ürəkdən gülmədim sənsiz,
Xoşbəxtlik nədir ki,bilmədim sənsiz
Deyirdin yaşaya bilmərəm sənsiz
Indisə ayrıyıq,necə yaşarsan?

Sətirlər kədərdi,sətirlər qəmdi,
Ömrümə qar yağır,dumandı,çəndi,
Bəlkə də öləcəm,bu son nəfəsdi
Sətirlər içində itib batıram...

Ürəyim boşalmır nə qədər yazsam,
Kaş səni ömürlük qəlbimdə assam
Qəlbimin içində bir məzar qazsam
Orada basdırsam,unutsam səni...

Sən getdin şeirlər qaldı tək mənə,
Qar yağdı ömrümə bax dənə-dənə
Niyyətin getməksə söylə o zaman
Day niyə sən gəldin mənim ömrümə?

Azacıq xoşbəxtlik yaşadıq sənlə
Sonrasa xoşbəxtlik hardasa itdi
Güc gələ bilmədik biz sevgimizlə
Ayrıldıq, bizim ki beləcə bitdi.

Getsən də ömrümdən,olmasan da sən,
Susmayır bu qələm,sətirlərdə qəm
Və bil ki,qayıtsan bil ki,burdayam
Hər zaman yolunu gözləyirəm mən
Hər zaman bil səni özləyirəm mən...

Qayıtsan şübhəsiz bağışlayardım
Mən hardan bilərdim illər ötdükcə
Mən sənsiz beləcə tənha qalardım
Amma ki,yaşadım və gördüm belə

Nə isə... yenə də çox uzun oldu
Yenə də ürəyim heç boşalmadı
Yenə də sözlərim içimdə qaldı
Qoy qalsın, nə vaxtsa yazaram yenə..








