Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 5-Hər kəsin bir sirri var.

Səbinə telefonda eşitdiklərindən sonra üzü bəmbəyaz olmuşdu. Stefan onu bu halda görüb nə edəcəyini bilmirdi.
Stefan : Səbinə nə olub özünə gəl axı nə eşitdin hə nə olub?
Səbinə eşitdiyi sözlərdən sonra özünü güclə də olsa toparlayıb ona cavab verdi.
Səbinə: mən desəm də inanmayacaqsan, mən burdan getməliyəm nə qədər tez getsəm bir o qədər yaxşıdı. Məni rahat burax.
Stefan isə: dayan hara gedirsənsə mən səni apararam gəl tez maşına min.
Səbinə - yəni bu zəhrimar küçədən bir maşın belə keçmir. Mən Stefana güvənə bilmirəm alınmır. Amma deyəsən başqa yolum da yoxdu onunla getməli olacam.
Səbinə nə qədər ürəkdən istəməsə də çarəsiz qalıb Stefanla getməli oldu. Yol boyu susqun duran Səbinənin halını görən Stefan nə qədər çalışsa da heç nə başa düşmədiyi üçün təbii dir ki kömək də edə bilmirdi. Amma Səbinəyə yazığı da gəlirdi. Eslində ona gələn zəngin kim tərəfindən olduğunu təxmin etmişdi. Amma buna əmin deyildi. Səbinə isə bütün yol boyu eşitdiklərini düşünürdü. Amma bayaqdan özünü güclə tutsa da artıq tuta bilməyib hıçqıraraq ağlamağa başladı. Stefan onu sakitləşdirməyə çalışdı.
Stefan: Səbinə sakit ol nə olduğunu mənə başa sal bəlkə köməyim dəydi deyərək çox içdənliklə ona baxır, üzünə baxan kimi qayğıkeşliyi hiss olunurdu. Amma nə olsun ki, Səbinənin bir dəfə artıq ona olan güvəni itmişdi. Onu o xəstəxanada otaqda bağlı saxladıqları zaman nə qədər çalışsa da Səbinənin yadından çıxmır məhz ordakı əzablarına görə də bir az da Stefanı günahlandırırdı.
Səbinə : sən onsuzda mənə inanmazsan heç nə ilə də kömək edə bilməzsən. Çox qəti bir şəkildə cavab vermişdi yavrucaq. əlləri ilə göz yaşlarını silməyə çaalışır, amma yenə də o qara buludlardan axan yağışlar kimi gözləri də yaşlar axıdırdı.
Stefan ona salfet verib gözlərini silməsini təklif etmişdi. Səbinə təzəcə sakitləşmişdi. Dərindən nəfəs alıb hər şeyi anlamağa çalışırdı ki Stefan ona səsləndi.
Stefan: buranı deyirdinsə artıq çatdıq
Səbinə isə təlaşı yenidən baş qaldıraraq qapını açıb maşından düşdü və qapılarını açaraq heç qapını örtmədən qaçaraq evə daxil olmuşdu. Stefan arxadan gəlib Səbinə mən də gəlim desə də heç Səbinə buna əhəmiyyət vermədən anasının otağına qalxmışdı. Stefan isə aşağıda oturub Səbinəni gözləyirdi. Səbinə anasını yatmış görüb onu bağrına basıb ağlamağa başladı. Anasına nəsə olduğunu sansa da anasının oyanması ilə kefi bir xeyli yerinə gəlmiş ürəyi rahatlamışdı.
Ülviyyə:Qızım nə olub belə mənim üçün çox darıxmısan niyə bu qədər bərk qucaqladın.
Səbinə: ana səni çox sevirəm bunu bilirsən də hə sən mənim hər şeyimsən. Nəfəsimsən. Səbinə bu sözləri deyərkən həm anasını həm özünü kövrəltdi. Amma kövrəlmə səbəbləri fərqli idi. Ülviyyə qızını xəstəxanada qoyduğu, orda əzab çekməsinə göz yumduğu, göz yaşları əzabları ağrı ları ilə tək mübarizə apardığı üçün pis oldu. Bəs Səbinə? Səbinə gizli nömrədən gələn zəngi açdığı zaman eşitdiklərini xatırlayıb pis olmuşdu.
Gizli nömrədən zəng edən şəxs: gəlinlik hardadı? Səsin gəlmir? Demirsən yaxşı özünü n bil. Gəlinliyi itirmisən deyə bütün yaxınlarını itirəcəkən. Bir düşünək ən yaxın adam sənə kimdi? 1 saat ərzində həmin insanın yanında olsan sağ qalacaq bacararsan. Get tez ol gəlinliyi tap şansı varsa həmin insanı xilas elə. Hə birdə bir nəfər belə desən Jaləni də itirəcəksən bunu unutma.
Səbinə anasını qucaqlayıb onu gördükdən sonra gəlinıiyi götürmək üçün öz otağına girmişdi. Otaqda hər tərəfi axtarsa da gəlinliyi tapmamışdı yazıq qız. Birdən telefonuna yenə gizli nömrədən zəng gəlmişdi . Yenə qorxmuş əlləri əsib eşidəcəyi kəlimələrin nə olacağı qorxusu onun nəfəsini kəsirdi. Axı bu balaca bir qız bir ildi ki sakit bir gün yaşadığı vaxt olmamışdı. Səbinə o uzun kiçik barmaqları ilə telefona cavab verərək pəncərənin düz qarşısında durdu.
Zəng edən şəxs: Halaldı alqışlayıram səni bir saat tamam olmamış çatdın. Amma bu sadəcə bildiriş idi gəlinliyi axtarıb tapmasan mən doğurdan da onu o dünyaya göndərəcəm atanın yanına. Ama yox atan ölü deyil axı
Səbinə qorxudan çox sakit səslə yalnız bunu dedi: mən gəlinliyi tapa bilmədim otağımda idi amma indi orda yoxdu. Anamın isə günahı yoxdu ondan nə istəyirsiz. Qaldıki atama onu da rahat buraxın qoyun məzarında rahat yatsın.
Zəng edən adam: sənin otağına biz də baxmışıq və orda olmadığını bilirik. Atan isə sağdı balaca qız anan bunu yaxşı bilər. Gəlinliyi tap yoxsa ananla indidən vidalaş.....!
Səbinə: axıı...
Telefona siqnal kəsilmişdi qarşı tərəfdən . Yenə nə edəcəyəni bilmədən divarın bir küncünə qısılmış, başına gələnlərlə üzləşib həyatın ağır əzablı yolunu necə gedəcəyini, bütün bunlarla necə baş edəcəyini düşünürdü küçük yavru. Evvəl dostu itmiş indi isə eyni şeyin anasının başına gəlməsi təhlükəsi ilə üz üzə idi. Yenə boş qalmadı o gözəl qara gözlər yenə doldu yenə daşdı. Bir anlıq gülmək qismətində yox idimi bu yavrunun. Hələ nə yaşı var idi ki bu qədər əzabla üz üzə idi. Cəmi 22. Ömrünün ən gözəl illəri olmalıydı. En çox bu yaşlarda qızlar dəli dolu olr amma Səbinə necə idi. Məgər o belə idimi? Esla o sadəcə həyatın ağır zərbələrini yeyərək sanki bütün bunlarla qarşılaşarkən böyüyüb gəncliyini çoxdan itirmişdi bu bir ildə. Yaş 22 düşüncə 32 35 idi. Bu doğru idimi haqsızlıq deyildimi bu qıza qarşı. Səbinə də qışqırıb mən bu həyatı istəmirəm, Jalə öldü Artıq bununla razılaşıram, artıq o yoxdu bitdi. Özümü düşünməliyəm deyə bilərdi. Amma o mübarizə aparmağı seçmişdi. Haqlı olduğunu hər kəsə göstərməyi ən asası dostunu qaytarmağı seçmişdi. Divara qısılsa da yenə də durmalı idi, indi əzab çəkib depresiyaların zamanı deyildi, indi artıq mübarizə aparmaq zamanı idi.
Başını aşağı əyib düşüncələrə dalmış bu kiçik qızın saatlarca bu otaqdan çıxmaması anasını qorxutmuşdu. Anası otağa gəlsə də Səbinə sadəcə tək qalmaq istədiyini bildirmişdi. Artıq qaranlıq da düşmüşdü, Səbinə osə heç bunun fərqində belə deyildi. Bayırdan içəri sərin meh vurarkən gözlərində yaşlar quruyan Səbinə başını yuxarı qaldıran zaman yenə qorxdu. Gözlərini ona zilləmiş iri bir canavar var idi qarşısında ondan necə qaçacaq dı axı düz divara qısılmışdı. Ölüm bu dəfə də mi qonaq gəlmişdi. Səbinə ilk dəfə onunla danışmağa çalışdı. Nə qədər qorxsa, nə qədər çətin olsa da.
Səbinə: öldürmək istəyirsən gəl öldür, bəlkə insanlar mənə inanar.
Amma Səbinə heç gözləmədiyi bir şeylə qarşılaşmışdı. Canavar qaçıb Səbinənin siyirtmələrindən birini açmağa çalışırdı. Güclə siyirtməni açıb orda içində hərflər olan pazzl gətirdi. Hərflərdən yalnız bunu düzəldə bildi.
SEBİNE O EVE QAYİTMA.
Səbinə tamam çaş baş qalmışdı ananasını çağıraraq qapı tərəfə getsə də anası gəlib çatanda artıq pazıllar bu qarışmış canavar isə yoxa çıxmışdı Səbinənin isə kefi pozulmuşdu.
Ülviyyə : atanın uşaqlıqda sənə aldığı pazılları itirdiyini sanmışdım.
Səbinə : əslində səbinə düşünür- onsuzda desəm də anam mənə inanmayacaq bir faydası yoxdu.
Səbinə: ana düzünü de atam həqiqətən ölüb? Düz anasının gözünə baxsa da Ülviyyə gözlərini gizlətməyə çalışmışdı. Ana düzünü de mənə.
Ülviyyə: kim nə deyib sənə əsəbi tərzdə desə də başını aşağı salıb guya pazılları yığmağa çalışsa da əsəbdən onları da tuta bilmirsi.
Səbinə isə anasının əllərindəkilərini yerə atıb qollarından tutub düz gözlərinə baxmasını xahiş etdi.
Səbinə: ana mənə bax düzünü de xahiş edirəm gözümün içinə bax və düzünü de atam yaşayır?
Ülviyyə isə əsəbləşərək Səbinənin əllərini atıb ayağa qalxdı sərt bir şəkildə qızına cavab versə də gözləri payız zamanı yağan o yağışları xatırladırdı.
Ülviyyə: nə eşitmək istəyirsən elə bilirsən atan yaxşı biridi bunu mən sənin beynində yaratmışdım. Sən də atana hörmət edib onu sevəsən deyə. O bizi atıb eşitdin bizi həmin qəza günü atıb gerdi bircə dəfə də olsun axtarmayıb.
Səbinə də ayağa duraraq eşitdiklərinə çox ççətinliklə inansa da həqiqətlərlə qarşı qarşıyaykən ürəyində bir tel daha qırıldı.
Səbinə: ana axı sən bunu məndən necə gizlədə bilərsən? Məni atamdan necə ayıra bilərsən. Hər kəs atasından danışarkən mənim xatırladığım bir anım belə yox idi. Atamın sağlığın bilmək mənim də haqqım bilmək mənim də haqqım deyildimi?
Ülviyyə: səni atdığını öyrənməyin nə önəmi var idi. Ölü bilmək ondan yaxşı idi.
Səbinə əsəbdən nə etdiyini bilmədiyindən anasını acılayıb çıxdı evdən.
Səbinə: ana heç zamqn məni anlamısan heç vaxt da anlamayacaqsan. Sənin üzünü belə görmək istəmirəm.
Ülviyyə isə : getmə qızım deyərək qapıdan çəxsa da Səbinə artıq çoxdan Stefanln maşınına minib uzaqlaşmaqda idi. Ülviyyə isə bu dört divarlarla tek qaldı yenə.
Səbinə maşında yenə ağzını açmər sadəcə çox sakitliyi təəcübləndirmişdi Stefanı. O baş verənləri aşağıdan eşitsə də Səbinənin dəvət etmədiyi üçün evə daxil olmamışdı. Stefan nə deyəcəyini də bilmədiyindən bütün yolu sakitliklə keçirdilər. Elə ki evə gəlib çatdılar Səbinə maşından düşdüyü zaman Danielin onu çöldə gözlədiyini gördü. Sanki Daniel yenə qurtarıcısı idi onun, yenə o qurtaracaqdı bütün bəlalardan.
Səbinə- Allahım yenə qurtarıcım o mavi gözlərinə aşiq olduğum kişi qarşımdadı. Ona nə qədər çox ehtiyacım olduğunu hardan anlamışdı görəsən amma varlığı belə yetər tək sakitliyin olduğu yerdəyəm. Tək məni dinləyən insanın yanındayam. Yalnız onun yanında bütün dərdləeimi unuduram. O sakitləşdirir məni.
Səbinənin halını görən Daniel onun gözlərini silmiş sinəsinə sığıb onu qucaqlamışdı. Onu sakitləşdirməyə çalışmış saçlarını oxşayıb artıq keçdi ağlama hər zaman yanındayam canım narahat olma hər şey yaxşı olacaq demişdi. Onları izləyən Stefan isə bunu mən də edə bilərdim amma niyə məhz o niyə onu sevdi ki. Keşkə birinci biz qarşılaşsa idik. Danielin ona sərt baxışı ilə isə duşuncələrini sanki dəyişdirmişdi.
Səbinənin bir az sakitləşdiyini görüb onu evə aparmağa çalışan zaman yenə Vaska hürmüş amma sanki o da Səbinəyə yazığı gəlirmiş kimi əvvəlki kimi baxmırdı ona. Səbinə evə keçdikdən sonra olanları Danielə danışdıqdan sonra Daniel ona bildirmişdi.
Daniel: məncə birinci atanı tapmalıyıq?
Səbinə: axı niyə onu. Səbinə təəccüblü bir tərzdə Danielə baxmış onun nə deməyə çalışdığını anlamağa çalışmışdı.
Daniel: çünki ananın onun ölü olduğunu gizlətməsində məncə səbəbi var? Qeyri adi bir baxış tərzində baxmış Daniel sanki nəsə bilir gizlədirmiş kimi ifadə anlamaq olurdu.
Səbinə Danielin də nəsə deməyə çalışdığını bu barədə nəsə bildiyini anlamışdl. Axı atasın sağ olmasını elə ilk dəfə olaraq ona söyləyən bu fikir onun başına salan Daniel özü olmuşdu.
Səbinə: Daniel sənə nəsə bilirsənsə de.
Daniel isə Səbinənin nəsə anlaya biləcəyindən çəkinib sadəcə vəziyyəti sakitləşdirməyə çalışdı: yox əlbəttə heç nə bilmirəm. Sadəcə biz həkimlər müəyyən şeyləri sizlərin danışıqlar ından anlaya bilirik.
Səbinə: elə olsun.
Bayaqdan qıraqda oturub onları dinləyən Stefan gərginliyin artdığını görüb təklif etdi.
Stefan: bəlkə yemək yeyək.
Daniel: mən heç nə istəmirəm. Stefana qəzəblə baxıb sanki onu gözləri ilə parçalayırdı.
Səbinə: mən də.
Daniel: sən ye mənə baxma
Səbinə ; əslində kefim yoxdu yatmaq İstəyirəm.
Daniel: ye sonra bu dəqiqə nəsə alıb gəlirəm.
Səbinə: elə evdə nə varsa ondan ver eybi yox.
Daniel isə heç nə demədən çıxıb getmişdi. Stefan isə yenə söhbətdən kənarlaşdığını hiss etmişdi. O nəsə etmək istəyirdi amma yenə həmişəki kimi Daniel baş qəhrəmana çevrilirdi. Bu isə artıq onu qəzəbləndirmişdi.
Qapı döyüldü. Səbinə isə Danielin belə tez gəlməsinə təəccüblənib qapıya qaçmışdı. Qapını açıb gördüyü gözəl qız onu təəccübləndirmişdi.
Qız: Daniel yoxdu?
Səbinə isə sakit bir tərzdə : yox demişdi
Qız : deməli sən onun yeni...
Səbinə onun dediyi söz ilə dəli olmuşdu az qalırdı onu öldürə gözlərinə baxan kimi fikirlərin oxumaq olardı. Amma qız ona fikir vermədən dedi:
Yaxşı bəsdi məni gözlərinlə məni yedin al bunları ona ver.
Səbinə ona uzadılan salafanı aldı və qapını bağladı.
Stefan qışqırdı Daniel gəldi?
Səbinə yox dedikdən sonra buz kimi soyuq ağır salafanı açıb içinə baxmaq istəyirdi ki Daniel böyük bir sürətlə qapını açıb onun əlindəki salafanı aldı.
Daniel qəzəblə baxaraq yenə Səbinəni acılayır: bunu açmağı ağlı ndan keçirmə al bunlarla qarnını doyuzdur. Stefan sən isə artıq qaydalara uymursan deyəsən bu salafan səndə olmalıydı. Bu evdə heç kəs qaydalar a uymur. Bunları deyib Stefanı da çağıraraq yenə 2ci mərtəbəyə getmişdi.
Səbinə isə danielin ona verdiyi bulkaları yeyib düşünürdü. Səbinə bu ağ atlı şəhzadə yenə də niyə bu qədər qədarrlaşdı. Mən onu anlaya bilmirəm. O yaxşıdı ya pisdi. Bəzən uşaq qəlbi qədər təmiz olan mənim çətin zamanımda yanımda olan bu adam bəzən də ən qəddar insanlar tək davranır gözləri ilə insanı sanki öldürməyə hazır durur. Mən necə başa düşüm indi onu. Yemək var bəs çay gedim görüm hardadılar
Səbinə yavaş yavaş ikinci mərtəbəyə qalxırdı ki Stefanla Danielin danışıqlarını eşidib ayaq saxladı.
Stefan: sən elə bilirsən o səni axıra kimi sevəcək.
Daniel: əlbəttə bizim sevgimiz qarşılıqlıdı sən sadəcə qısqanırsan.
Stefan : bəs atası ilə bağlı həqiqəti öyrənsə onda necə?
Danielb oyenə də m əl ni seçəcək.
Stefan : dəlisən o səni niyə seçsin o əlbəttə atasını seçəcək. Səni görmək belə istəmiyəcək.
Daniel: o məni sevir
Stefan: həqiqətləri öyrəndikdən sonra sevgudən əsər əlamət də qalmayacaq.
Daniel : bəsdi gördüm biz qucaqlaşarkən necə baxırdan fikirlərini də eşitdim.
Stefan: sən mənə inanma bəs bir gün o da atası kimi olsa bax onda siz düşmən olacaqsınız və heç bir sevgi heç bir şey alınmayacaq.
Daniel : bu baş verməyəcək mən onu qoruyacam.
Stefan: axır əvvək bu baş verəcək bu onun kökündə var sən istəsəndə bunu dayandıra bilməzsən.
Daniel: Səbinə nurda nə işin var.?
Səbinə: nə baş verir mənə hər şeyi danışın elə bu dəqiqə.






