poppy

poppy Sevgi 28-05-2018, 16:31

Məni gözəl xatırla...

Məni gözəl xatırla...
Məni gözəl xatırla...


Məni gözəl xatırla, bunlar son sətirlərdir...
Fərz et ki, bir küləkdim əsib keçdim həyatından...
Yada bir yağış. Sel oldum küçələrində...
Sonra torpaq çəkdi suyu. Yox olub getdim...
Bəlkə də bir yuxu idim sənin üçün, oyandın və bitdim...


Məni gözəl xatırla...
Çünki sevdim səni mən. Hər şeyinlə...
Sənə sirdaş oldum, dost oldum. Çiynimdə ağladın...
Üzünə vurmadım heç bir əskikliyini...
Məni üzdün qınamadım, öyrəşdim vəfasızlığına. El oldun aldırmadım...


Məni gözəl xatırla...
Səhifələrcə məktub buraxdım sənə...
Şeirlər yazdım hər gecə, çoxunu oxutmadım...
Saxladım günahını, savabını içimdə. Səssizcə getdim...
Səndən əvvəlkilər kimi səndə anlamadın...


Məni gözəl xatırla...
Sənə unudulmaz anlar buraxdım. Sənə ən yorgun sabahlar...
Gülüşümü, gözlərimi... Sonra səsimi buraxdım...
Ən gözəl şeirləri oxudum gözlərinə baxa-baxa...
Söylənməmiş salamlar gizlətdim hər küncə...
Vidalar buraxdım dayanacaqda...
Nə axdarsan bir sevdanin içində artıqlamasıyla buraxdım ardımda...


Məni gözəl xatırla...
Dizlərimdə yatdığını düşün. Saçını oxşadığımı...
Xoşbəxt olduğun anları gətir gözünün önünə...
Birazdan qapını döyən insan olabiləcəyimi düşün...
Təəccübləndirməyi sevirəm bilirsən...
İndi səninlə yaşanan günləri atəşə verirəm...
Məni gözəl xatırla...
Gedirəm...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1408 1371 1152 1182 1222 1157

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.