amon

amon Şeirlər 23-04-2020, 18:56

Məni gözəl xatırla - M.Müşfiq

Məni gözəl xatırla - M.Müşfiq
Məni gözəl xatırla
Bunlar son misralar
Fərz et ki, bir külək idim, əsib keçdim həyatından
Ya da bir yağmur, sel oldum çöllərdə
Sonra torpaq çəkdi suyu canına
Yox olub getdim, bəlkə röya idim səninçün
Oyandın və mən bitdim

Məni gözəl xatırla!
Çünki sevdim sənin mən, hər şeyini
Sənə sirdaş oldum, dost oldum
Qoynunda ağladım
Üzünə vurmadım heç bir nöqsanını
Məni üzdün qınamadım
Öyrəşmişdim vəfasızlığa,yad olsun fikir vermədim 
 

Məni gözəl xatırla!
Səhifələrcə məktub buraxdım sənə
Şerlər yazdım hər gecə çoxunu oxutmadım
Saxladım günahını, savabını içimdə, səssizcə getdim
Səndən əvvəlkilər kimi səndə başa düşmədin

Məni gözəl xatırla!
Sənə unudulmaz gecələr buraxdım
Sənə ən yorğun sabahlar
Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım
Söylənməmiş ”Salamlar” buraxdım hər küncə
“Vidalar” buraxdım dayanacaqlara
Nə axtararsan bir sevdanın içində
Artıqlamasıyla buraxdım arxamda

Məni gözəl xatırla!
Dizlərində yuxuya getdiyimi düşün
Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün
Sevincli olduğun anları gətir gözünün önünə
Alnından öptüyüm dəqiqələri
Bir azdan qapını döyəcəyimi düşün
Təəccübləndirməyi sevirəm bilirsən
Buda sənə son surprizim olsun
İndi səninlə yaşanan günləri atəşə verirəm
Məni gözəl xatırla! Gedirəm...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
804 887 860 926 845 829

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.