Nə qədər də çox sevmişəm...
Nə qədər də çox sevmişəm. Halbu ki acılar xoşbəxtliklərdən bəslənərmiş. Əgər çox sevsən çox böyük acılar keçirdərsən. Mənim acımında səbəbi sənsən. Günahsa canından çox sevmək birini, düzgün deyilsə hər kəsdən fərqli tutmaq onun yerini, üzürüm qəbahətimdən böyükdür mənim. Çünki çox sevdim. Cinayətdə qəbahətdə mənimdir. Ən pisidə bunun fərqində oldugum halda bir yanim hələ də səni istəyir. Nə edəcəyimi çaşmış vəziyyətdəyəm. Qalsam dözüləcək kimi deyil, getsəm qəlbim razı deyil. Sənin olmadığın bir həyat dar gəlir ruhuma. Yoxluğun çox acı verir mənə. Hər şey sona çatdı, sona çatmasını istəmədiyim nə varsa saman kimi yanib kül oldu hamsı. Halbu ki nə qədər də təmiz idi hər şey. Nə qədər də günahsızca sevmişdim səni. Məni qucaqlamağına ehtiyac yox idi, öpmək şərt deyildi, əlimi tutmasanda olardı. Aramızdakı məsafələrə inad istiliyini hiss edənə qədər sevirdim onsuz səni. Telefonun başında səsinə sarılaraq yatacaq qədər, öpdüm dediyində yanaqlarım qızaracaq qədər sevirdim eləcə. Hər şeydən çox, hər şeydən biraz qataraq... Səni beləsinə sevdiyimə dair ən kiçik bir sübut belə buraxmadın içimdə. Telinə belə qıyamazkən, qıysan maraqlanmayacaq qədər məhv etdin özünü məndə. Halal olsun sənə. Təbrik edirəm səni. Amma bir gün əsla məni axtarma, soruşma, maraqlanma, hətta mümkünsə xatırlama. Mənim səninçün yaşadığım günlər keçdi, sən mənimçün ölsən nəyə yarar indi? Mən səni unutmağına unudaram, sən məni xatırlamağa məhkumsan. Bilirsən, məni ən çox niyə unuda bilməzsən? Çünki günahımı aldın, çünki canımı yandırdın, çünki haqsız idin. Unutma, mən sənin qanayan vicdanınam, kimə sarılsan biraz daha sızlayaram...
Dərc etdi:Uğurböceyi






