Namazda bilmədikləriniz
Namaz vaxtları. Nisa 103-dən görürük ki, Namazı vaxtında qılmaq vacibdir. Yəni qəza namazı yoxdur Quranda. Orucluğun hökmlərinə baxanda (Bəqərə 183, 184, 186, 187) orada tutmadığımız hər gün üçün oruc tutmağımız buyrulur. Amma namaz hətta savaşın ən kəskin çağında belə qılınırsa, deməli namazı qəzaya saxlamaq olmaz. Əgər qəza namazı olsaydı elə savaş vaxtı edilərdi bu qəza. İndi isə heç bir hədis və ilmihal kitabına müraciət etmədən Qurandan namazın vaxtlarını müəyyən edək. Qeyd edim ki, heç hədislərə də baş vurmaqla bunu tapmaq mümkün deyil, çünki şiələrlə sünnilər bu mövzuda da ixtilaf ediblər. Hərəsinin peyğəmbərə aid etdiyi hədislər var ki, birində 5 vaxt birində 3 vaxt göstərilib. Mən ayələri verərək Qurandan 5 vaxt və 3 vaxtı müdafiə edənlərin arqumentlərini göstərəcəm. Əvvəlcə ayələri qeyd edim:
Bəqərə 238. Namazlara, xüsusilə orta namaza riayət edin və Allaha itaət üçün ayağa qalxın.
Hud 114. Namazı gündüzün iki başında və gecə girən kimi qıl.
İsra 78. Günortadan gecənin qaranlığınadək namaz qıl. Sübh namazını da qıl. Çünki sübh namazı müşahidə olunur.
Nur 58. Ey iman gətirənlər, sahib olduqlarınız, həddi-büluğa çatmayanlar bu üç vaxtda sizdən icazə alsınlar: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra.
1-ci yanaşma (5 vaxt namaz qılmaq). Hud 114 ayəsinə görə gündüzün iki başı və gecə sözünə görə burada ən azı 3 namazdan söz edilir. Bəqərə 238-də də orta namaz edir 4 namaz. Nur 58-də isə gecə namazından bəhs etdiyi üçün edir 5 vaxt namaz.
2-ci yanaşma (3 vaxt namaz qılmaq). Hud 114 ayəsinə görə gündüzün 2 başı yəni sübh və axşam namazları bildirilir. Bəqərə 238-də orta namaz bildirilir. İsra 78-də isə günortadan gecəyə qədər olan vaxt yəni günorta namazından gecə namazına olan vaxt deməkdir. Nur 58-də isə 3 namazın adını çəkildiyini göstərərək 3 vaxt namazı müdafiə edirlər.
Əslində isə Quranda 3 vaxt namaz ilə 3 ad namazdan bəhs edilir. Yəni “Salat” sözü üç tamamlayıcı vaxt ilə işlənir.
Salat-el Fecri-Sübh namazı (Nur 58, Hud 114).
Salat-el Vusta-Orta namaz (Bəqərə 238, İsra 78).
Salat-el İşa-Axşam namazı (Nur 58, Hud 114, İsra 78).
Namaz vaxtlarını beşə çıxarmaq üçün Nur 58 ayəsindəki “işa” kəlməsini “yatsı” olaraq tərcümə edirlər. Nur 58-də “işa” kəlməsini “yatsı” kimi tərcümə edənlər, nədənsə Yusuf 16, Naziat 46 ayələrindəki “işa” kəlməsini “axşam” kimi tərcümə ediblər. Öz iddialarını ciddiləşdirmək üçün “Vusta” sözünü də “ikindi” kimi qələmə veriblər.
10. Cümə namazı. Quranda cümə günü qılınan namaz Cümə surəsindəki ayələrdə keçir. Yəni cümə namazı deyə bir namaz yoxdur. Cümə günü qılınan namaz var. Cümə 9 ayəsindən bilinir ki, çağırış günorta çağı edilir (fəcr vaxtı və ya işa vaxtı kimsə alış veriş etmir). Cümə 10 da bu dediyimi dəstəkləyir. Yəni cümə günü qılınan namaz orta namaz olan salat-el vusta namazıdır. Buradan da aydın olur ki, normal günlərdəki qılınan namazla cümə günü qılınan namazın heç bir ritual fərqi yoxdur.