Nani_Fit

Nani_Fit Sevgi 1-06-2018, 19:04

Sevə bilərsən bu qədər?

Sevə bilərsən bu qədər?
Sevə bilərsən bu qədər?

Bir dayanacaqda qarşılaşmışlardı ilk dəfə. Biri tibbdə oxuyurdu, digəri memarlıqda. O ilk qarşılaşmadan sonra, bir kərə daha qarşılaşa bilmək üçün, həmişə eyni saatda, eyni dayanacaqda, eyni avtobusa minirdilər. Bir biriləri ilə danışma cəsarəti tapmaları biraz zaman aldı, amma sonunda bacardılar. İkisi də hər səhər avtobusa mindikləri səmtdə yaşamırdılar əslində. Oğlan dostu ilə bir yaşadığı üçün o dayanacaqdan minmişdi avtobusa, qız isə bacısıgildə. Bir birilərini görə bilmək üçün, hər sabah erkəndən evlərindən çıxıb, şəhərin digər ucundakı o dayanacağa, onların dayanacağına gəldiklərini, gülərək etiraf etdilər. Universiteti bitirəndən həmən sonra evləndilər.


Günlər günləri, illər illəri ötürdükcə sevgiləri də böyüdü, böyüdü... Tək əksikləri uşaqlarının olmaması idi. Çətin bir müalicə müddətinə baxmayaraq övlad sahibi ola bilməyincə, "bütün sevinclərin bizim olmasını istəmək, naşükürlük olar" deyərək davam etdilər həyatlarına. Övlad yerinə, sevgilərini büyütdülər. "Sənin üçün ölərəm" deyərdi qız, bərk bərk oğlanı qucaqlayıb, oğlan isə "Yox, mən sənin üçün ölərəm" deyə cavab verərdi. Bəzən evə gələndə, aynanın üzərində bir not görərdi, qız, "Birdənəm, rəfin ikinci gözünə bax" orada başqa bir not olardı, "mətbəxdəki masanın üzərinə bax və səni çox sevdiyimi heç vaxt unutma". Mətbəxdən zala sevgi dolu notları oxuya-oxuya gedib gələn qadın, sonunda kimi zaman bir buket çiçək, kimi zaman ən sevdiyi şokolad, kimi zaman da bahalı hədiyyələrlə qarşılaşardı. Aldığı hədiyyənin nə olduğu vacib deyildi onsuz da.



Hayat nə qədər tez keçərsə keçsin, işləri nə qədər çox olursa olsun həmişə bir birilərinə ayıracaq zaman tapardılar, amma qırxlı yaşların ortalarına gəldiklərində, daha az çalışmağa qərar verdilər. Sadəcə bir həftə ayrı qalacaqlarını bildikləri halda, ayrılmaları çətin oldu, adam Amerikaya gedərkən. Hər gün, hər saat danışdılar telefonla. Gözyaşları içində qucaqlaşdılar hava limanında. Fəqət bir neçə gün sonra, həyat yoldaşında bir qəribəlik olduğunu hiss etdi. Əvvəlki qədər xoşbəxt görünmür, danışmaqdan qaçırdı. İllərdir sevdiyi adam sevgisiz biriylə yer dəyişdirmişdi sanki. Ona çatmağa çalışdıqca, beton divarlara çarpırdı, qadının hər çarpmada daha çox yanırdı ürəyi.


Bir gün uşaqlığının, gəncliyinin və bütün hayatının birlikdə keçdiyi rəfiqəsinə dərd yanarkən, "Artıq dayana bilmirəm, sənə söyləməliyəm" deyə sözünü kəsdi rəfiqəsi. "O, səni aldadır. İş yerimin tam qarşısındakı restoranda gənc bir qadınla yemək yeyir hər günorta. Sonra sarmaş dolaş minirlər maşına."
"Sus, sus eşitmək istəmirəm bu yalanları" deyə bağırdı. Neçə illik rəfiqəsini, onu qısqanmaqla günahlandırdı. Ertəsi gün, günorta restoranın qarşısında bir yerdə dayandı səssizcə və pəri nağılının sadəcə nağıl olduğunu anladı. Həyat yoldaşının əvvəllər eyni xəstəxanada çalışdığı gənc uşaq həkimini tanıdı. Bəzən evlərində qonaq etdikləri qadına necə sarıldığını gördü adamın. Axşam həyat yoldaşı evə gələr gəlməz, bəzən bağırıb, bəzən ağlayaraq, hayqırdı üzünə hər şeyi. İnkar etmədi adam. Qapıdan çıxarkən, "son bir dəfə qucaqlamaq istəyirəm səni" dedi, amma qadın, "get" dedi nifrətlə. İlk məhkəmədə boşandılar. Modern bir eşq hekayəsinin belə sonlanmasına kimsə inanmadı. Rəfiqələrinin dəstəyi ilə unutmağa çalışdı. Adamın sevgilisiylə birlikdə Amerikaya yerləşdiyini öyrəndi. Bəzən yalnız qaldığından, onu hələ də sevdiyini hiss edincə, ağlama nöbətləri keçirir, eşqin yerini, ən az onun qədər dəhşətli bir duyğu olan nifrətin alması üçün dua edirdi.



Aradan bir il keçdi. Hər şeyin dərmanı olduğu söylənən zaman belə, qadının dərdinə çarə olmamışdı. Bir sabah, təkidlə çalan zilin səsinə oyandı. Qapını açdığında, qarşısında o qadını gördü. "Sən, bura nə üzlə gəlirsən" deyə bağırmaq istədi, amma səsi çıxmadı. "Xahiş edirəm, içəri girməyə icazə ver, mütləq danışmalıyıq" dedi gənc qadın. Divana oturdu və çətin eşidilən bir səslə danışdı: "Heç bir şey göründüyü kimi deyil əslində. Çox təəssüf, amma o bir saat öncə öldü. Keçən il Amerikada öyrəndi xəstəliyini və hardasa bir illik ömrü qaldığını. Buna dayana bilməyəcəyini, həmişə dediyin kimi onunla birlikdə ölmək istəyəcəyini bilirdi. Səni özündən uzaqlaşdırmaq üçün məndən sevgilisi rolunu oynamağımi istədi. Ailəsinə də xəbər vermədi. Birlikdə Amerikaya yerləşdiyimiz yalanını yaydı. Amma ilk qarşılaşdığınız dayanacağın qarşısında bir ev tutmuşdu. Müalicə alır və sağalacağına inanırdı, amma olmadı.
Gecə pisləşdi, baxıcısı məni çağırdı, son anda yetişdim. Sənə bu qutunu verməyimi istədi." Gözlərindən axan yaşları saxlaya bilməyəcəyini bilirdi. Elə oradaca ölmək istəyirdi. Əlindəki qutunu açmağı niyəsə sonra ağıl etdi. Səliqəylə qatlanmış bir sürü vərəq vardı qutuda. İlk kağızda, "xahiş edirəm bütün notları sırayla oxu, birdənəm" deyirdi. Sırayla oxudu; "Səni çox sevdim", "Səni sevməkdən heç imtina etmədim", "Xoşbəxt ol, sevgilim, xoşbəxt ol və bizi yaşat, mən daima səninlə olacam, sən məni görməsən də mən səni həmişə izləyəcəm buradan. Bilirəm bu haqsızlıqdır, amma nə edim... Unutma, sevgilim!"

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
725 687 668 656 635 703

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.