Nani_Fit

Nani_Fit Maraqlı 27-06-2018, 15:42

Qazan və tavaların yaratdığı təhlükə açıqlanıb

Qazan və tavaların yaratdığı təhlükə açıqlanıb


Vaşinqtonda Ətraf Mühitin Mühafizəsi Agentliyi qazan və tavalardakı mikroskopik hissəciklərlə bağlı hesabat hazırlayıb.

Xəbər verilir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Perftoroktan turşusu telefon, yanğınadavamlı və gec çirklənən materialların istehsalı zamanı istifadə olunur. Lakin bu vasitə toksik və kanserogen maddələrə sahibdir.

Alimlərin heyvanlar üzərində apardıqları təcrübə zamanı məlum olub ki, bu maddə qaraciyərdə, mədəaltı vəzdə və cinsiyyət orqanlarında şişə, həmçinin sonsuzluğa səbəb olur. Həmçinin perftoroktan turşusu qalxanabənzər vəzin fəaliyyətini pozur.

Zədələnmiş tava və ya qazanın yanması perftoroktan turşusunun ayrılmasına səbəb olur. Bu da xərcəng xəstəliyinin yaranmasına gətirib çıxarır. Həmçinin bu cür teflon örtüklü tavaların zibilliyə atılması da ətraf mühit üçün təhlükə mənbəyidir.

Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
467 421 412 364 444 495

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.